Twitter 13 yaşını qeyd edir

21 mart 2006-cı ildə Cek Dorsey və yoldaşları SMS köməyilə kiçik qruplarla əlaqəyə keçməyə şərait yaradan Twttr adlı xidməti işə saldılar. Bu gün məşhur mikrobloq şirkəti artıq öz 13 yaşını qeyd edir. Sosial şəbəkələrin məşhurlaşdığı dövrdə özünəməxsus yanaşması ilə fərqlənən şirkət Twitter adına fəaliyyətinə başladıqdan yalnız 6 ay sonra keçmişdi.

Twitter bu yaxınlarda 2018-ci ilin şirkətin tarixində maliyyə üzrə yeganə gəlirli ilk kimi qeydə alındığını elan edib. Buna baxmayaraq, ötən il mikrobloq xidməti daha 5 milyon aktiv istifadəçini itirib. Lakin mikrobloq xidmətinin digər istifadəçiləri daha da aktivləşərək ötən illərə nisbətən daha çox məzmun yaradıblar.

İlk mikrobloqun sahibi də məhz xidmətin yaradıcısı Cek Dorsey olub.
“Sadəcə öz twttr-imi tənzimləyirəm” deyə, Cek mikrobloq tarixinə öz adını həkk edib.

Azərbaycanda mikrobloq xidməti 2 fərqli zamanlarda məşhurlaşıb. Bu əsasən 2000-ci illərin sonuna və son bir neçə ilə təsadüf edir. Bəs Azərbaycan Twitter istifadəçilərinin ilk tvitləri nə olub?

Namo Media adlı şirkəti Twitter tərəfindən 50 milyona alınan və hal-hazırda Twitter-də çalışan azərbaycanlı Tural Bədirxanlı: “@nizammedin xəbər tutanda mənə də məlumat ver”.

Mikrobloqlar şəbəkəsində azərbaycanlılar sırasında ilk qeydiyyatdan keçənlərdən biri də Zaur Əmikişiyevdir. O öz Twitter hesabını 2007-ci ilin aprel ayında qeydiyyatdan keçirib. İlk mikrobloqunu isə yalnız 3 ildən sonra yazıb və yerli istifadəçilərdən dizayner axtarışında dəstək istəyib.

Məşhur aparıcı İlkin Həsəni: “Bu nədir?”

Məşhur müğənni Miri Yusif: “Nə var nə yox?”

Şoumen Murad Dadaşovun ilk tviti Azərbaycanın “Eurovision 2011” yarışmasında qələbəsi ilə bağlı olub.

Radioaparıcı DJ Fateh ilk mikrobloqunda öz yumor bacarıqlarını nümayiş etdirmişdi.

Məşhur bloqçu Mehriban Həsənova Twitter şəbəkəsində də öz kreativliyi ilə seçilib.

Hər zaman öz postları ilə geniş auditoriyanın diqqətini cəlb edən Albert Eynişeydi layihəsinin Twitter hesabındakı ilk mikrobloq maraqlı faktı əhatə edib.

Bəs siz ilk mikrobloqunuzda nə haqqında yazmışdınız?

Bunu tapmaq üçün https://twitter.com/search-advanced keçidinə daxil olaraq öz profil adınızı və tarix hissədə profilinizin yaranma müddəti aralığını seçmək kifayətdir.

Paradox анонсировала Vampire: The Masquerade - Bloodlines 2
Microsoft представила устройство для перевода цифровых данных в ДНК и обратно
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!