spot_img
23 апреля, 2024
ДомойТехнологииСмартфоныHuawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu

Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu

Çinin Huawei şirkətinin yeni modellərinin satışı bazarda artıq yeni vəziyyət formalaşdırıb. Belə ki, şirkət dünya bazarlarında smartfon satışı ilə Samsung şirkətindən sonra ikinci yerdə qərarlaşıb.

Huawei şirkətinin ötən ilin sonunda təqdim etdiyi Mate 20 Pro modeli artıq 3 aydan çoxdur ki, ciddi müzakirələrə səbəb olur. Onun üstünlükləri və digər modellərdən fərqləri ilə bağlı analitik yazılar, araşdırmalar aparılır, mütəxsiislər öz fikirlərini bildirir.

Bu model korpusun forması, istifadə olunan dizayn elementləri ilə hətta uzaqdan belə seçilir. Korpusun kənarında telefonu işə salmaq üçün lazım olan düymənin qırmızı rəngdə olması gözdən yayınmır.

Onu da qeyd edək ki, hazırda digər smartfon istehsalçıları hələ də ikili kamera sistemləri üzərində təkrar işlər aparsa da, Huawei artıq üçlü kameralara keçid edib. Xüsusilə də Huawei Mate 20 seriyası Leica Ultra Geniş Bucaqlı Linzaları ilə Leica Üçlü Kamerasını təqdim edib. Smartfon istehsalçılarının «Huawei»in işə saldığı süni intellektə əsaslanan fotoşəkil funksiyası ilə ayaqlaşmağa çalışdığı bir vaxtda Huaweı Mate 20 seriyası süni intellektə əsaslanan videoçəkiliş funksionallığını təqdim edib ki, bu funksionallıq da daha çox səy tələb edən videoların hazırlanmasına imkan verir.

Huaweı Mate 20 seriyasının yeni dizaynı zümrüdü-yaşıl rəngli seriyadır. Bu seriya öz adına uyğun olaraq qiymətli zümrüd daşının yarımşəffaf yaşıl kölgəsi rəngindədir.

Göründüyü kimi, Huawei şirkəti yeni smartfon seriyası və ona olan maraq sayəsində bazarda yeni vəziyyətin formalaşmasına səbəb olub.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -