ГлавнаяТехнологииСмартфоныCiddi məlumat sızıntısı Huawei P30 flaqmanı haqqında ətraflı məlumatın yayılmasına səbəb olub

Ciddi məlumat sızıntısı Huawei P30 flaqmanı haqqında ətraflı məlumatın yayılmasına səbəb olub

P30

Çin mənbələri məlumat sızıntısı nəticəsində hələ rəsmən təqdim olunmamış Huawei P30 modeli haqqında demək olar ki, hər şeyi paylaşıblar.

Belə ki, P30 Pro modeli yuvarlaq kənarlara malik və 6.5 düymlük OLED displey əldə edəcək, panel bu dəfə daha çox Mate 20 Pro-ya bənzəyəcək. P30 modelində ekranın diaqonalı 6.1 düym təşkil edəcək. Qeyd edilir ki, ekranda «su damcısı» formasında kəsik mövcud olacaq və orada ön kamera quraşdırılacaq.

Kameralara gəldikdə isə, P30 modelində Mate 20 Pro-da istifadə olunan modul quraşdırılacaq: 40+20+8 mp üçlü kamera modulu, hansı ki, 3 qat optik-zoom ilə çəkilişi təmin edəcək. Yetərincə işıqlı olmayan məkanlarda mükəmməl çəkiliş təmin ediləcək. P30 Pro modelində isə «periskop» moduldan istifadə ediləcək. Modulda əsas kamera 38 mp SONY IMX607 tipli olacaq. Optik-zoom imkanları daha geniş olacaq.

Hər iki smartfon SoC Kirin 980 prosessoru, 8 GB RAM (P30) və 12 GB RAM (P30 Pro) ilə təchiz ediləcək. Qeyd edilir ki, cihazlar MWC 2019 tədbiri çərçivəsində fevral ayının sonlarında təqdim ediləcək.

Alibaba son rübün hesabtlarına əsasən 17 milyard dollar gəlir əldə edib
Белорусская Wannaby разработала AR-приложение для примерки обуви
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!