spot_img
25 апреля, 2024
ДомойТелекомСобытия26 Yanvar tarixində TechCentrum platforması "Data Science və Data Engineering" üzrə tədbir...

26 Yanvar tarixində TechCentrum platforması «Data Science və Data Engineering» üzrə tədbir keçirdi

TechCentrum İnformasiya Texnologiyaları sahəsində təhsil, karyera və inkişaf imkanlarının mübadiləsi məqsədilə yaradılmış platformadır. Online və offline şəkildə fəaliyyət göstərən platformanın əsas məqsədi İT sahəsində fəaliyyət göstərən

  • tələbələrə
  • universiteti yeni bitirmiş kiçik professionallara
  • karyerasında dönüş etmək istəyənlərə
  • uşaqlara/yeniyetmələrə
  • müəllimlərə
  • startuplara

faydalı ola biləcək mühit yaratmaq, onların inkişafına təkan verəcək imkanlar yaratmaqdır.

TechCentrum IT və İnkişafda olan texnologiyalar sahəsinə dair tədqiqat aparan yazarların məqalələrini, online və offline təlimləri, təhsil, karyera və biznes imkanlarını özündə birləşdirən platformadır.

2019 cu ildə yaranan platformanın ilk fəaliyyəti olaraq gündəmdə olan Data science və Data engineering haqqında ilk təlim 26 Yanvar tarixində baş tutdu. Tədbirin təlimçiləri, bu sahədə öz sözünü demiş, Ramin Orucov və Kamil Ələsgərov idi. Data Science və Data Engineering-in real istifadə sahələri, tətbiq metodları, iş imkanları haqqında məlumatları Ramin Orucov və Kamil Alasgarov bütün iştirakçılarla bölüşdü. Həmçinin, tədbirdən öncə yaradılmış Süni platforma əsasında qeydiyyatdan keçmiş iştirakçıların dataları analiz olunda və tədbirdə nəticələr paylaşıldı.

Tədbirdən sonra iştirakçılar bir çox sualların cavabını tapmış və eləcədə bu sahələr ilə yaxından tanış olunmuşdur. Tədbir ADA universitetində ADA Universiteti Data analizi Mərkəzinin dəstəyi ilə keçirildi.

Bu tədbir gənclər və elecə də iş adamları arasında olduqca böyük maraqla qarşılandı, belə ki qısa bir zamanda 400-dən çox iştirakçı qeydiyyatdan keçmişdir. Tədbirə bu gədər marağın olması onu göstərir ki cəmiyyətimizdə doğurdan da bu sahəyə böyük bir tələbat var. İT sahəsində ana dilimizdə tədris resursların qıtlığı faktı bir daha bu cür platformaya cəmiyyətimizdə olan ehtiyyacını üzə çıxardır. Belə ki TechCentrum platforma vasitəsi ilə gənclərimiz İT sahəsində olan məqalələri, informasiya resurslarını həm azərbaycan həm də ingilis dilində oxuya biləcəklər. Eləcə də beynəlxalq universitetlərin İT sahəsində təhsil alan tələbələr üçün magistratura və doktorantura təqaüd proqramları, yay məktəbləri, konfranslar və tədqiqat işləri üçün xeyrli linklər və resurslar paylaşılır. TechCentrum gələcəkdə uşaqlar, müəllimlər və qadınlar üçün ayrıca proyektlər də planlaşdırır.

TechCentrum, Almaniyanın Berlin Texniki Universitetinin doktorantı, eyni zamanda Alman İnternet İnstitutunun tədqiqatçısı Günay Kazımzadənin təşəbbüsi ilə yaradılmışdır. TechCentrum sadəcə bu sahə ilə məşğul olanlar üçün deyil, həmçinin də İT və müasir texnologiyalara marağı olan hər bir şəxsin izləyib faydalana biləcəyi bir platformadır. Əsas məqsədimiz İT sahəsində əldə edə biləcəyiniz ən son texnologiyalar haqqında məlumatlar, Azərbaycanda və digər xarici ölkələrdə baş verən İT sahəsinə aid bütün tədbirləri, workshopları və s. hər bir həmyerlimizə əl çatan etməkdir.

İnanırıq ki bu platforma və bu kimi keçiriləcək proektlər nəticəsində gənclərimiz İT sahəsində beynəlxalq tədbirlərdə iştirak edə biləcək, daha güvənli və uğurlu olacaqlar.

Daha ətraflı məlumat almaq üçün [email protected] ünvanına müraciət edəbilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -