spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныLenovo dünyada ilk 12 GB RAM və Snapdragon 855 prosessoruna sahib smartfonu...

Lenovo dünyada ilk 12 GB RAM və Snapdragon 855 prosessoruna sahib smartfonu təqdim edib

Yeni smartfon-slayder (hərəkət edən kamera modulu) Lenovo Z5 Pro GT daxildən Qualcomm Snapdragon 855 prosessoru ilə təchiz edilib. Cihaz 12 GB RAM ilə satışa çıxarılan dünyada ilk smartfon adını əldə edib. Arxa panel karbondan hazırlanıb. Ekran aşağı hərəkət edərək ön kameranın açılmasına səbəb olur.

6.39 düymlük Super AMOLED displey Full HD+ genişlənməsinə sahibdir və ön panelin 95.06%-ni örtür. Əsas kamera qoşa moduldan ibarətdir və 24+16 mp tiplidir. Ön kamera da qoşa modul olaraq 16+8 mp tiplidir. Barmaq izi skaneri ekranın altına quraşdırılıb. Batareyanın həcmi 3350 mAh təşkil edir. NFC, USB Type-C, 4G VoLTE şəbəkə dəstəyi mövcuddur.

Lenovo Z5 Pro GT yanvar ayında 6/128 GB versiya üçün 391 dollara, 8/128 GB versiya üçün 434 dollara, 8/256 GB versiya üçün 492 dollara, 12/512 GB versiya üçün isə 635 dollara satışa çıxarılacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -