ГлавнаяТелекомСобытияAzerTelecom “Bakutel 2018” sərgisində iştirak edəcək

AzerTelecom “Bakutel 2018” sərgisində iştirak edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 4-7 dekabr tarixlərində Bakıda keçiriləcək “Bakutel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında iştirak edəcək.

Artıq ənənəvi olaraq hər il keçirilən “Bakutel 2018” sərgisində şirkətin ayrıca stendlə iştirak məqsədi geniş çeşidli telekommunikasiya xidmətlərinin və həllərinin sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsidir. Sərgi çərçivəsində həmçinin müxtəlif yerli və xarici şirkətlərin nümayəndələri ilə faydalı fikir və təcrübə mübadiləsinin aparılması, tərəfdaşlarla mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni biznes ələqələrin qurulması nəzərdə tutulub.

Şirkət təqdim etdiyi məhsul və həllər barədə ətraflı məlumat əldə etmək üçün bütün potensial müştəriləri və tərəfdaşları öz stendini ziyarət etməyə dəvət edir.

Qeyd edək ki, Baku Expo mərkəzində keçirilən sərgidə bu il dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar vardır. Sərgidə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş etdiriləcək.

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

Как искусственный интеллект Microsoft упрощает жизнь слабовидящим
Пожизненная система социального рейтинга в Китае заработает с 2021 года
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!