ГлавнаяТехнологииСмартфоныXiaomi Black Shark Helo oyun smartfonu rəsmən təqdim edildi

Xiaomi Black Shark Helo oyun smartfonu rəsmən təqdim edildi

Black Shark

Xiaomi şirkəti Black Shark oyun smartfonunun 2-ci versiyasını təqdim edib. Yeni modelə Black Shark Helo adı verilib. Cihaza yeni soyutma sistemi, loqotip, kənar rəngli işıq effektləri quraşdırılıb.

Barmaq izi skaneri arxa panelə keçirilib. Yeni soyutma sistemi prosessorun temperaturunu 12 dərəcəyə qədər salır. Bundan başqa, xüsusi Shark düyməsi ağır oyunlarda istifadə edilə bilər. Smartfon üçün xüsusi «gamepad» da təqdim edilir. 6.01 düymlük Full HD+ ekran, 12+20 mp əsas qoşa kamera / 20 mp ön kamera, 4000 mAh batareya cihazın ümumi göstəriciləridir. Prosessor Qualcomm şirkətinin təqdim etdiyi Snapdragon 845-dir, hansı ki , 6/8/10 GB RAM + 128/256 GB daxili yaddaş birgə çalışaraq cihazın sürətini təmin edir. Əməliyyat sistemi Android 8.1 Oreo və Joy UI örtüyüdür. Smartfonun çəkisi 190 qr, qalınlığı 8.7 mm təşkil edir.

Cihazın qiyməti 6/128 versiya üçün 416 dollar, 8/128 üçün 504 dollar, 10/256 versiya üçün isə 605 dollar olaraq təyin edilib. Satışlar 30 oktyabrdan start götürəcək.

Keçirilən testlərə görə Pixel 3 XL flaqmanı iPhone XS Max-dan 2 dəfə daha ləngdir
Visa представила блокчейн-систему B2B Connect
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!