ГлавнаяТелекомСобытия“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon”un qalibləri bəlli oldu

“İnnovasiya həftəsi” çərçivəsində keçirilən “Hackathon”un qalibləri bəlli oldu

Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “Hackathon-AzIn 2018” müsabiqəsinin qalibləri müəyyənləşib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət  göstərən “AzInTelecom” MMC-nin  29-30 oktyabr tarixlərində təşkil etdiyi müsabiqənin qalibləri “Dostlar”, “Express” və “Ml learning” komandaları olub.

Birinci yerin qalibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin qalibi “Express” komandasına 3000 AZN, üçüncü yerin qalibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Məlumat üçün bildirək ki, “Hackathon” müxtəlif sahələrdən olan proqramçıların hər hansı tapşırığın həlli üçün komanda şəklində bir araya gəlməsidir. Üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib.  Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibləri seçilib.

Qeyd edək ki, “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının dəstəyi,  “Azercell”, “R.I.S.K”, “BestComp Group”, “Huawei” və “İl Patio” şirkətlərinin baş sponsorluğu ilə baş tutub.

Əfsanəvi Chevrolet Camaro elektromobilə çevrilib
Голландская железнодорожная компания запустит поезда-коворкинги
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!