ГлавнаяТелекомСобытия“AzInTelecom” “Hackathon” keçirir

“AzInTelecom” “Hackathon” keçirir

Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hackathon» (müsabiqə) təşkil edəcək. Müsabiqənin «Hackathon-AzIn 2018» adı altında 29-30 oktyabr tarixlərində “AzInTelecom”un təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilməsi nəzərdə tutulur.

Data Mərkəzi nəzdində müştərilərinə İnfrastruktur Tipli Həllər (İAAS) təklif edən “AzInTelecom” 2019-cu il əsas strateji hədəflərindən biri kimi Xidmət Tipli Həllərin (SAAS) şirkətin göstərdiyi xidmətlər siyahısına əlavə olunmasını nəzərdə tutur. Təşkil olunan “Hackathon” məhz bu tipli həllər yarada bilən istedadların axtarışına hədəflənib.

Üç mərhələdən ibarət olacaq yarışın birinci mərhələsi 29 oktyabrda “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək.

«Hackathon» ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.

Həmçinin bu yarışmada iştirak bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də, investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün bir imkandır. İştirak etmək istəyənlər hackaton@azintelecom.az ünvanında qeydiyyatdan keçərək müsabiqəyə qoşulmaq üçün müraciət edə bilərlər.

Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək.

Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriterilər nəzərə alınacaq.

Названа дата запуска первого вакуумного туннеля Hyperloop
Nar установил сеть 4G в Тертере
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!