spot_img
17 апреля, 2024
ДомойТелекомСобытияAzərbaycan tələbələri üçün inkişaf proqramına start verilib

Azərbaycan tələbələri üçün inkişaf proqramına start verilib

Huawei-Azərbaycan şirkəti 10 oktyabr 2018-ci ildə Seeds for future-2018 layihəsinə rəsmi olaraq başladı və Seeds for future-2018 mükafatlandırma mərasimi Azərbaycanın paytaxtında keçiriləcəkdir. İnformasiya texnologiyaları inkişafında ən yeni nəaliyyətləri öyrənmək üçün 10 nəfər Azərbaycanlı gənc yeniyetmə tələbələr Çinə göndəriləcəkdir.
Huawei-in Seeds for future layihəsi ilk dəfə olaraq 2016-cı ildə Azərbaycanda keçirilib və bu il artıq 3-cü dəfədir ki, keçirilir. Bu dəfə Azərbaycanın müxtəlif ali məktəblərindən seçilmiş olan 10 nəfər, 03-14 Dekabr tarixlərinə kimi 2 həftəlik tədqiqat aparılması üçün Pekin və Şenjen şəhərlərinə göndəriləcəklər. Eyni zamanda, onlar nəinki mobil internet və bulud hesablaması kimi informasiya və kommunikasiya sahəsində ən yeni inkişafları anlayacaq, həmçinin, xəttatlıq və rəssamlıq kimi Çinin ənənəvi mədəniyyətinə yiyələnəcəklər.
Konkurs-müsabiqə qatırlmaq istəyən tələbələr aşağıda qeyd edilən meyar və qaydalara uyğun olmalıdırlar:
* Ölkə pasportuna sahib olmalı;
* Huawei biznes maraqları ilə əlaqədar İKT sahəsində ixtisaslaşmış və ya STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) elmləri üzrə qeydiyyatdan keçmiş tələbələr olmalı;
* ikinci və daha yuxarı kurs tələbələri olmalı;
* seçim zamanı yaş həddi 30-dan aşağı olmalı;
* Əla akademik bacarıq nümayiş etdirməli;
* Rabitə və texnologiyaya böyük maraqları olmalı;
* İngilis dilində səlis danışmalı;
* Mandarin (rəsmi dil) haqqında bəzi məlumatlara sahib olmalı və ona dair maraqları olmalı;
* Çin mədəniyyətinə dair müsbət münasibət bəsləməli.
Seçim prosesinə daxildir:
* Tələbənin İKT sənayesi ilə bağlı fikirlərini və ya maraqlarını, onun proqrama uyğunluğunu və ölkənin İKT sənayesinin inkişafı haqqında fikir və təkliflərini nümayiş etdirən Inigilis dilində hazırlanmış bir yazı.
* Özünü təqdim edən və İKT haqqında düşüncələrinə dair İngilis dilində tərtib edilmiş 2 dəqiqəlik bir video.
Uyğun olan şagirdlər münasib məzmunu poçt ünvanına çatdıra bilərlər.
Son tarix: 05 Noyabr
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -