spot_img
24 апреля, 2024
ДомойТелекомСобытияApple yeni iPad və Mac-ın anons tarixini bildirib

Apple yeni iPad və Mac-ın anons tarixini bildirib

Apple şirkəti jurnalistlərə göndərdiyi məlumatda bildirib ki, şirkətin növbəti rəsmi təqdimat tarixi 30 oktyabr tarixində Nyu-York şəhərinin Bruklin musiqi akademiyasında baş tutacaq. Maraqlıdır ki, dəvətnamələr bir neçə variantda xüsusi sloqanla göndərilib: «There’s more in the making».

Tədbirdə yeni Apple kompüter və planşetlərinin təqdimatı gözlənilir. Daha öncə yayılan xəbərlərə görə, Apple iki yeni iPad Pro modeli üzərində çalışır: diaqonalları 11 və 12.9 düym. Onlar iPhone X kimi çərçivəsiz olacaqlar, barmaq izi skaneri və «home» düyməsindən məhrum olacaqlar (jestlərlə idarəetmə tətbiq ediləcək), lakin, Face ID ilə təchiz ediləcəklər.

Bundan başqa, yenilənmiş 12 düymlük MacBooks noutbukunun da təqdimatı gözlənilir. Eləcə də, 2014-cü ildən yenilənməyən Mac mini də təqdim ediləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -