ГлавнаяAVТелевидениеİctimai TV texnologiyalara həsr olunmuş yeni layihəni təqdim edib

İctimai TV texnologiyalara həsr olunmuş yeni layihəni təqdim edib

İctimai Televiziya və Radio Yayımları şirkəti (İTV) 18 sentyabrdan etibarən yeni layihəyə start verib. #itvtech verilişi çərçivəsində tamaşaçılar texnologiya aləmindən xəbərlər, mobil cihazlar bazarından yeniliklər və kompüter oyunları haqqında məlumatlar ilə tanış ediləcəklər. O cümlədən, Azərbaycanda və dünyada keçirilən müvafiq konfrans və sərgilər haqqında məlumat paylaşılacaq. Aparıcı Vüsalə Səid Əyyubqızı ilə siz süni intellekt, avtomatlaşdırma, əlavə reallıq, robotlar, kvant hesablamalar, blokçeyn kimi trendlərlə tanış olacaqsız. Azərbaycanda və dünyada İKT sahəsinin inkişafına böyük töfhə vermiş insanlarla tanışlıq, elektron dövlətin iş prinsipi kimi maraqlı mövzular da verilişdə yer alacaq.

#itvtech verilişi sentyabrın əvvəlində Berlində keçirilən beynəlxalq IFA 2018 sərgisi, smartfon, oyun və proqram bazarında ən son yeniliklər, Bildilçin tətbiqinə həsr olunub. Siz, 25 sentyabr Bakıda start götürəcək 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin (ADEX) texnoloji aləmlə əlaqələrini, o cümlədən Sophia robotunun Bakıya gəlişi haqqında məlumatlarla tanış ediləcəksiz.

Verilişin efir vaxtı — hər Çərşənbə axşamı saat 18:25-də. Təkrar — hər Çərşənbə saat 15:20-də. Verilişi Myvideo.az saytında video yazı şəklində, o cümlədən İTV-nin rəsmi YouTube kanalından izləyə bilərsiz. Verilişin video yazısı YouTube kanalına hər Çərşənbə efirə çıxacaq təkrardan sonra yükləniləcək.

Sony выпустила мини-консоль PlayStation Classic
Xiaomi выпустила ноутбук Mi Notebook Lite
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!