spot_img
18 апреля, 2024
ДомойТехнологииСмартфоныYeni Xiaomi Mi Mix 3 smartfonunun dizaynı internetə sızdırılıb

Yeni Xiaomi Mi Mix 3 smartfonunun dizaynı internetə sızdırılıb

Twitter-in analoqu olan Weibo sosial şəbəkəsində hələ rəsmən təqdim edilməmiş Xiaomi Mi Mix 3 smartfonunun şəkilləri paylaşılıb. Smartfonda iPhone X stilində displey «kəsiyi» olmayacaq ki, bu da individuallığı qeyd edir. Üstəlik, öncəki versiyada (Mi Mix 2) ekranın alt hissəsində qalın çərçivə və orada kamera var idi. Yeni Mi Mix 3-də bu olmayacaq. Şəkillərdən göründüyü kimi qoşa kamera mərkəzdə quraşdırılıb, barmaq izi skaneri yoxdur. Çox güman ki, skaner ekranın altına yerləşdiriləcək.

Daha öncə qeyd edilirdi ki, Mi Mix 3 6 düymlük 18.5:9 tipli displey, əsas 3 kamera (40 mp) və selfie kamera (23 mp) təchiz ediləcək. Üstəlik, gözlənilirdi ki, selfie kamera cihazın üst hissəsində açılıb-bağlanacaq.

Rəsmən Mi Mix 3 sentyabr ayının 15-i təqdim edilə bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -