spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныSamsung şirkəti Galaxy S və Note-un yerinə bir flaqman istehsal etmək istəyir

Samsung şirkəti Galaxy S və Note-un yerinə bir flaqman istehsal etmək istəyir

Koreya şirkəti öz flaqman xətti smartfonlarını sadələşdirmək istəyir. Belə ki, Galaxy S və Note xəttlərini birləşdirərək iki yerinə bir flaqman təqdim etmək planlaşdırılır.

Bu ideya keçən ildən ərsəyə gəlib. Şirkətin tərəfdaşları və istehsalçılar flaqman sayının azalması haqqında artıq məlumatlandırılıblar. Xatırladaq ki, ötən il şirkət Galaxy S və Galaxy S Plus modelini ilk yarımillikdə, Note modelini isə ikinci yarımillikdə təqdim etmişdi.

Galaxy S Plus Note flaqmanı ilə oxşar xüsusiyyətlərə malik olduğundan Samsung bu modelləri birləşdirərək ənənəvi olaraq bir flaqman təqdim edə bilər. Bununla da şirkət ümumi xərcləri azaldaraq gəlirəri daha da artıra bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -