spot_img
23 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi Mi A2 smartfonunun göstəriciləri və təxmini qiyməti məlum olub

Xiaomi Mi A2 smartfonunun göstəriciləri və təxmini qiyməti məlum olub

İsveçrənin bir online mağazası öz satış kataloquna hələlik təqdim edilməmiş Xiaomi Mi A2 smartfonunu əlavə edib. Mənbə smartfonun göstəricilərini və hər üç versiyanın qiymətini açıqlayıb.

Belə ki, ən ucuz Xiaomi Mi A2 4 GB RAM və 32 GB daxili yaddaş ilə 290 avroya təqdim edilib. 64 GB daxili yaddaşa malik versiya 330 avroya, 6 GB RAM və 128 GB daxili yaddaşa malik versiya isə 370 avroya təqdim edilib. Çində, çox güman ki, qiymətlər yuan-dollar nisbətinə əsasən daha ucuz olacaq.

Smartfonun digər göstəricilərinə gəldikdə isə, İsveçrəli mənbə qeyd edir ki, cihaz Mi 6X ilə eyni olacaq. Snapdragon 660, 6 düymlük Full HD+ ekran, Sony IMX486 tipli 12 mp. kamera (F/1.75) və Sony IMX 376 tipli 20 mp. əlavə kamera və s. Batareyanın həcmi 3010 mAh olacaq və Quick Charge 3.0 texnologiyasından istifadə ediləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -