spot_img
28 марта, 2024
ДомойSoftwareМобильные приложенияZamanın tələblərini xidmətlərində əks etdirən platforma

Zamanın tələblərini xidmətlərində əks etdirən platforma

Sektorunun inovatoru olan E-Pul onlayn ödəmə portalı dövrün tələbinə və istifadəçilərinin istəklərinə uyğun olaraq yeni xidmət və funksiyalarını reallaşdırmaqda davam edir. Ölkə ərazisində mövcud olan nağdsız hesablaşmaların hər birini istifadəçilərinə əlçatan etməyə çalışan E-Pul.az, onlar üçün yeni imkanlar açır.

Belə ki, hazırda ödəmə sistemi «ASAN xidmət»-lə birlikdə Dövlət ödənişlərini daha asan etdi. Bu məqsədlə E-Pul.az portalı «ASAN Ödəniş» sisteminə inteqrasiya edilmişdir.

Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətinin ödənişlərini (cərimələr) bank kartları və Pul Kisəsi xidməti ilə yerinə yetirmək mümkündür.

E-Pul layihəsi «Paysis» MMC tərəfindən hazırlanmışdır və bu şirkətə məxsusdur. Layihənin məqsədi İnternet üzərindən bank kartları və Pul Kisəsi xidməti ilə aparılan ödənişləri hər bir internet istifadəçisi olan şirkətə və şəxsə əlçatan, rahat alətə çevirməkdir.

E-Pul.az Azərbaycanda Android və İOS sistemlərində işləyən-mobil tətbiqi təqdim edən və online rejimdə vəsaitlərin Kartdan-karta köçürülməsinə imkan yaradan ilk ödəniş sistemidir.

Yenilikləri ilə diqqət mərkəzində olan E-Pul sistemi qısa zaman kəsiyində daha fərqli xidmət və funksiyaları ilə sektorunda inovator kim özünü bir daha təsdiqləyəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -