ГлавнаяТелекомСобытияKompyuter oyunları üzrə XII Azərbaycan milli çempionatının final mərhələsinə start verilib

Kompyuter oyunları üzrə XII Azərbaycan milli çempionatının final mərhələsinə start verilib

Azərbaycan Kiber İdman Federasiyası təşkilatçılığı  və Gənclər və İdman Nazirliyi dəstəyi ilə mayın 26-da kompyuter oyunları üzrə gənclər arasında XII Azərbaycan milli çempionatının final mərhələsinə start verilib.

Çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov artıq 12-ci ildir keçirilən çempionata marağın get-gedə artdığını bildirib. Qeyd edib ki, 12 il əvvəl ilk çempionatda cəmi 150 nəfər iştirak edirdisə, bu gün 2 mindən çox gənc qalib adı uğrunda yarışlara qatılıb. O, çempionatda iştirak edən gənclərin müxtəlif sahələr üzrə çalışdıqlarını diqqətə çatdırıb. Yarışda qalib gələn şəxsin Azərbaycanı dünya çempionatında təmsil edəcəyini vurğulayan K.Kərimov gənclərə uğurlar arzulayıb.

Tədbirdə məlumat verilib ki, apreldə və may ayının birinci yarısında milli çempionatın zona mərhələləri keçirilib. Yekun nəticədə uğur qazanmış komandalar və fərdi iştirakçılar final mərhələsinə vəsiqə qazanıblar. Ölkəmizin 23 şəhər və rayonundan komandaların və fərdi oyunçuların iştirak etdikləri final mərhələsinin nəticələri mayın 28-də açıqlanacaq.

Yuliya Popluzhnaya

Новый закон позволил европейцам требовать миллиарды у Google и Facebook
Великолепный сюрприз для азербайджанских поклонников бренда Xiaomi от компании MiMobile
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!