ГлавнаяSoftwareИгрыKompyuter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının final mərhələsi haqqında

Kompyuter oyunları üzrə gənclər arasında XII Azərbaycan Milli Çempionatının final mərhələsi haqqında

26-28 may 2018-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyası və Azərbaycan Kiberidman Federasiyası tərəfindən Kompyuter oyunları üzrə gənclər arasında keçirilən XII Azərbaycan Milli Çempionatının final mərhələsinə yekun vurulub. Çempionatda Tekken 7 (1×1), HearthStone (1×1), Pro Evolution Soccer 2018 (1×1), Counter Strike: Global Offensive (5×5), DOTA 2 (5×5) və League of Legends (5×5) növləri üzrə fərdi və komanda yarışlarında ölkənin bütün regionlarından ümumilikdə 206 iştirakçı qüvvəsini sınayıb. Fərdi oyunlarda (Hearthstone, Pro Evolution Soccer 2018 və Tekken 7) növlərinin hər biri üzrə 16 oyunçu iştirak edib. Komanda oyunlarına isə Counter-Strike: Global Offensive üzrə 16, Dota 2 və League of Legends oyunların hər biri üzrə üzrə 8 komanda qatılıb.

Xatırladaq ki, Kompyuter oyunları üzrə XII Milli Çempionatın ölkənin rayonlar üzrə seçmə mərhələləri May ayın 20-də başa çatıb. Yarışlar Göygöl, Mingəçevir, Oğuz, Ucar, Qusar, Astara, Sumqayıt və Bakı şəhərlərində keçirilib. Ümumilikdə seçmə yarışlarında 2000 artıq kompyuter oyunları həvəskarı iştirak edib. Azərbaycan Kiberidman Federasiyasının saytı vasitəsilə böyük həyəcanla canlı izlənilən final mərhələsində ilk üç yer uğrunda gərgin mübarizə gedib. Qaliblərin adlarını Sizə təqdim edirik:

Counter-Strike: Global Offensive (komanda, 5×5)

  1. Firenation
  2. WorldJudge
  3. TakeCTRL

League of Legends (komanda, 5×5)

  1. Unicorns of Hell
  2. GG WP
  3. FEEDERS

DOTA 2 (komanda, 5×5)

  1. CozyBoys
  2. How deep is your plov
  3. Name1ess

HearthStone (fərdi 1×1)

  1. Romeo — Ramin Abdullayev
  2. Dorian Gray — Elxan Hüseynzadə
  3. NeZo — Nasimi Mammedov

Pro Evolution Soccer 2018 (fərdi 1×1)

  1. Azad Aydinli
  2. Ferid_Madrid_10 — Fərid Quliyev
  3. Rustəmli Elmətdin

Tekken 7 (fərdi 1×1)

  1. Conan — Azer Aliyev
  2. Blaze — Chingiz Karqin
  3. MishimaAZE — Elnur Niyazov

Qeyd edək ki, təşkilat Komitəsi XII Milli Çempionat çərçivəsində eyni zamanda X Dünya Çempionatı (10th e-Sports World Championship Kaohsiung 2018) üçün seçmə oyunlar da keçirilib. Belə ki, Milli Çempionatda ilk yerlərin sahibləri Azərbaycanı Dünya Çempionatında təmsil etmək hüququ qazanacaqlar. Təmsilçilərimiz Tekken 7 (1×1), Counter Strike: Global Offensive (5×5) və League of Legends (5×5) növləri üzrə qüvvələrini sınayacaqlar.

Yuliya Popluzhnaya

Artıq E-Pul.az vasitəsilə DYP cərimələrini onlayn öyrənmək və ödəmək mümkündür
Ильхам Алиев принял президента компании Microsoft по Центральной и Восточной Европе
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!