ГлавнаяТелекомСобытияAli məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının birinci mərhələsi keçirilib

Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının birinci mərhələsi keçirilib

informatika

Heydər Əliyev Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası”na start verilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ümumrespublika olimpiadası 17 May — Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

Artıq 12-ci ildir ki, keçirilən olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.

Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən əvvəl 1 ay müddətində olimpiadanın saytında («www.olimpiada.az«) respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda olimpiadanın birinci mərhələsinə buraxılır.

Bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçərək, olimpiadada iştirak hüququ qazanıb. Paytaxtla yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il olimpiadaya xüsusi maraq göstərib.

Olimpiadanın birinci mərhələsi aprelin 29-da Bakı Mühəndislik Universitetində təşkil olunub.

Olimpiada beynəlxalq «ACM/ICPC» (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilir. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda isə ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

Qaliblər (I-IV yerlər) «Nar» operatoru və «BestComp Group» şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılacaq.

Məlumat üçün bildirilir ki, olimpiadanın növbəti (final) mərhələsi mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Новые смартфоны Apple получат ещё более бедный комплект поставки
Главные анонсы с первого дня конференции Facebook F8 2018
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!