ГлавнаяSoftwareИгрыKompyuter oyunları üzrə XII Azərbaycan milli çempionatına qeydiyyat başlandı

Kompyuter oyunları üzrə XII Azərbaycan milli çempionatına qeydiyyat başlandı

Azərbaycan Kiber İdman Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Kompyuter oyunları üzrə XII Milli Çempionatın* oyunlarının siyahısını sizə təqdim edir: Tekken 7 (1×1); HearthStone (1×1); PES 2018 (1×1); Counter Strike: Global Offensive (5×5); DOTA 2 (5×5); League of Legends (5×5).

Təşkilat Komitəsi XII Milli Çempionat çərçivəsində X Dünya Çempionatı (10th e-Sports World Championship, Kaohsiung 2018) üçün seçmə oyunların keçirilməsi barədə qərar qəbul edib**.

Seçmə oyunların rayon mərhələlərinin keçirilmə vaxtı barədə məlumatı Gənclər və İdman Nazirliyinin rayon idarələrindən əldə edə bilərsiniz. Zonalar üzrə seçmə yarışların tarixini sizə təqdim edirik:

  • 30 aprel — Lənkəran zonası (Astara şəhərində);
  • 02 may — Gəncə-Qazax zonası (Göy-göl şəhərində);
  • 03 may — Aran zonası (Mingəçevir şəhərində);
  • 04 may — Şəki-Zaqatala zonası (Oğuz şəhərində);
  • 05 may — Dağlıq Şirvan zonası (Ucar şəhərində);
  • 11 may — Quba-Xaçmaz zonası (Qusar şəhərində)
  • 12 may — Abşeron zonası (Sumqayıt şəhərində);
  • 13 may — Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zonaları (Bakı şəhərində);
  • 19-20 may — Bakı şəhəri;
  • 25-28 may — Milli Final (Bakı şəhərində).

Bakı şəhəri üçün qeydiyyat ənanəvi olaraq açıq elan olunur və reqionlarda yaşayanlar iştirak edə bilər. Ərizələrin qəbulu may ayının 1-dən başlayacaq.

*Yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər iştirak edə bilərlər.

**Qaliblər X Dünya Çempionatında Azərbaycanı aşağıdakı növlərdə təmsil etmək hüququ qazanacaqlar (yalnız 1-ci yer):

  • Tekken 7 (1×1)
  • Counter Strike: Global Offensive (5×5)
  • League of Legends

Yuliya Popluzhnaya

NETTY2018 продолжает прием заявок и отвечает на вопросы
Представлен инструмент развития цифровых образовательных проектов
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!