ГлавнаяТелекомСобытияAZINNEX Özbəkistanda nümayəndəlik açmağı planlaşdırır

AZINNEX Özbəkistanda nümayəndəlik açmağı planlaşdırır

AZİNNEX

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun (AZINNEX) İdarə Heyətinin növbəti görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə hesabat təqdim edilib və hesabatda AZINNEX tərəfindən son ay ərzində aparılan işlər haqqında ətraflı məlumat verilib.

Mart ayında AZINNEX bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində öz fəaliyyətini daha da genişləndirib. Əsas məqsəd Azərbaycanın innovasiya məhsullarının yeni bazarlara çıxarılması, ixrac zonasının daha da genişləndirilməsidir. Həmçinin görüşdə AZINNEX-in yenilənmiş veb-saytı və korporativ jurnalı təqdim edilib.

Bundan başqa AZINNEX-in Özbəkistan nümayəndəliyinin açılması üzrə işlər davam etdirilir. İdarə Heyətinin üzvləri tərəfindən nümayəndəliyin Özbəkistanda planlaşdırılan fəaliyyəti geniş müzakirə olunub.

Daha sonra yerli qanunvericilikdə baş verən yeniliklər, xüsusilə də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 mart tarixli “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) arasında xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Fərmanı və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanı barədə şirkətlər tərəfindən müzakirələr edilib. O cümlədən konsorsium üzvlərinin bu istiqamətdə gələcək fəaliyyətləri barədə geniş fikir mübadiləsi aparılıb.

İdarə Heyətinin iclası aprel ayına planlaşdırılan strateji, təşkilati və inzibati məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Сархан Гашимов будет представлять Азербайджан в США
Softline və Softprom şirkətləri "Korporativ istifadəçilərin effektiv təhlükəsizliyi" mövzusunda birgə seminar təşkil edəcəklər
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!