spot_img
29 марта, 2024
ДомойAVАкустические системы2018-ci ilin əsas trendi: ağıllı akustik sütunlar

2018-ci ilin əsas trendi: ağıllı akustik sütunlar

IT nəhəngləri növbəti dəfə dünyanın dəyişmək eşqinə düşüb. Yaxın gələcəkdə taksi sifariş etmək, oteldə otaq ayırmaq, təyyarə bileti almaq kimi işləri istifadəçilər kompüter və ya smartfon vasitəsilə deyil, sadəcə həmin istəklərini dilə gətirib səsləndirməklə görə biləcəklər. Siz əmrinizi səsləndirin, ağıllı akustik sütunu onu “eşidib” yerinə yetirsin. Bir tərəfdən, belə yanaşma vaxtınıza xeyli qənaət edəcək. Amma digər tərəfdən də bir sıra nüans var ki, bunların başında səsli köməkçilərin hələ ki, zəif inkişaf etmiş olması, bəzən isə açıq-aşkar kütbeyinliyi gəlir. Lakin bütün bu çətinliklərə baxmayaraq Amazon, Apple və Google ruhdan düşmür və ağıllı sütun tərtib etməyə davam edirlər. Elə bu ildən başlayaraq bu brendlər arasında müştəri uğrunda amansız rəqabət alovlanacaq.

Ağıllı sütun nə deməkdir?

Sadə dillə desək, ağıllı sütun səsinizi eşidib dediyinizi təhlil edərək əmrinizi yerinə yetirməyə çalışan bir qurğudur. Nəticə etibarilə bildiyiniz səsli köməkçi smartfondan akustik sütuna köçürülüb, üstəlik, istəsəniz, bu sütun sizin üçün həm də musiqi çala bilər. Bu, doğurdan da faydalı ola bilər, çünki bir çox insan smartfonla ünsiyyət qurmaq istəmir, lakin belə bir qadcetlə söhbət etməyə etiraz etməyə bilər.

Pis xəbər isə ondan ibarətdir ki, belə qurğuların Azərbaycanda hələ ki, faydası olmayacaq. Ağıllı sütunlar artıq bir neçə ildir ki, istehsal olunur, amma bu qurğular yalnız ABŞ və Böyük Britaniyada rəğbət qazana bilib. Qurğuya sahib olub onu almaq istəyən Azərbaycanlılar bir sıra kompromislə razılaşmalı olacaqlar. Əvvəla, nə Amazonun Alexası, nə də Google Home köməkçisi hələ də Azərbaycan dilini bilmir, odur ki, qurğunu işlətmək istəyən təmiz ingiliscə danışmalıdır. İkincisi, qurğunu həqiqətən faydalı edən mühüm funksiyaların əksəriyyəti ölkəmizdə aktiv deyil. Misal üçün, Google Home ilə ABŞ-dakı telefon nömrələrinə pulsuz zəng etmək olar, Amazon Echo isə bu ölkədə bir çox xidmətə bağlıdır və rahatlıqla konsyerj xidməti (internet mağazalarından alış-veriş, taksi sifarişi və s.) göstərə bilər. Nəhayət, ABŞ-da ağıllı sütunların baza modelləri çox ucuza satılır. Misal üçün, Google Home Mini-nin endirimsiz qiyməti 30 dollar, endirimli qiyməti isə 10 dollardır. Amma böyük məbləğdə alış-veriş etsəniz, qurğunu sizə hətta pulsuz verə bilərlər. Məlum məsələdir, bizdə belə qiymətlər və endirimlər gözlənilmir.

Amazon Echo

Qiyməti 30-150 dollar arası dəyişir.

Ağıllı sütunların üç ən populyar modelləri 130 dollarlıq Echo, 150 dollarlıq Echo 2 və 29 dollarlıq Echo Dot-dur. Qurğuların hamısında musiqi səsləndirə, müəyən suallara cavab verə, oteldə otaq ayıra, bilət ala bilən, üstəlik, ağıllı evi idarə edə bilən Alexa səsli köməkçi quraşdırılıb.

Bu bazarda ilk brend olan Amazon sütunları tək başına populyarlaşdıra bilməyəcəyini anlayınca müxtəlif xidmət şirkətləri və istehsalçılarla qarşılıqlı mənfəət əsasında əməkdaşlıq barədə razılıq əldə etdi. Nəticədə Amazonun Alexa-sı bugün avtomobillərdə, hətta qəhvə maçınları və mikrodalğa solalarında da quraşdırılıb. Amma Echo-nun dörd mühüm nöqsanı var.

  1. Dil dəstə Çətin ki, Amazon Alexa-nı nəinki Azərbaycan dilinə, hətta rus dilinə tərcümə etsin.
  2. Çevik tənzimləmə də Amazon Echo yalnız proqram çərçivəsində müəyyənləşdirilmiş tərzdə cavab verə bilir. Bu səbəbdən “bilmirəm” cavabı biabırçı qədər çox səslənir.
  3. Sütundan gələn səsin həm gücü, həm də keyfiyyəti qənaətbəxş sayıla bilmə Xırıltı olmasa da, bundan fövqəladə bir şey gözləməyə dəyməz.
  4. Zəif keyfiyyə Amazon özünə nə dizaynda, nə istehsal materiallarında, nə də tərkibi parçaların seçilməsində əziyyət verməyib. Modellərdən ən ucuzu olan Echo Dot sözünüzü yalnız bilavasitə mikrofona dedikdə başa düşür. Daha bahalı modellər sizi daha yaxşı başa düşür, amma yenə də sanballı qurğu təəssüratı yaratmır. Belə deyək: həddindən ziyadə plastmasdır.

Beləliklə, əgər texnologiya fanatı deyilsinizsə, Echo Azərbaycanda işinizə yaramayacaq. İmkanlarının yarısından belə faydalana bilmədiyiniz qurğuya pul ödəmək nə qədər məntiqlidir ki?

Google Home

Qiyməti 29-399 dollar arasında dəyişir.

Mauntin-Vyu-lu şirkət də öz növbəsində ağıllı sütun bazarına doğru addım ataraq bir neçə modeldən ibarət məhsul xətti hazırlayıb. Bunların arasında ucuz Home Mini, standart Home, və bahalı, böyük Home Max yer alır. Əslində Amazon Echo-nun analoqu olan Google Home yalnız bir xüsusiyyətlə fərqlənir: o, insanları səslərindən tanıya bilir. Google Home qurğusu Google Assistant-dan istifadə edir və ənənəvi «ОK, Google» ilə işə salınır. Quraşdırılmış mikrofonlar dayanmadan işləyir və Echo-da olduğu kimi səsli əmrləri yaxşı qəbul edə bilir. Üstəlik, ChromeCast tətbiqi sayəsində qurğu ayrı-ayrı otaqlarda yerləşən səs sütunlarını simsiz rabitə ilə bir-birinə bağlayıb eyni musiqini çaldıra bilir. Qurğu üst qismindəki sensor paneli ilə idarə olunur. Mikrofonu söndürüb cihazı qeyri-aktiv vəziyyətə gətirmək üçün xüsusi düymə də mövcuddur.

Google Home 6 nəfərədək ailə üzvlərinin səslərini ayrı-ayrılıqda yaddaşında saxlayaraq onların tələblərini yerinə yetirə bilir. Məsələn, ailə üzvlərindən biri “anama zəng et” desə, ağıllı qurğu dərhal söhbətin məhz atanın, ananın, yoxsa uşaqlardan birinin anasından getdiyini anlayaraq əmri düzgün yerinə yetirəcək. Google Home-un qalan xüsusiyyətləri Amazon Echo ilə eynidir: səsli əmr verərək siz hava proqnozunu öyrənə, sevdiyiniz musiqi parçasını dinləyə (ağıllı sütun Google Play Music, Pandora, Spotify və digər musiqi xidmətləri ilə «dostluq edir»), yollardakı tıxaclar haqqında məlumat ala, taksi sifariş edə və bir çox başqa şey edə bilərsiniz. Ağıllı sütunu televizora qoşaraq Netflix və ya YouTube-da yerləşdirilmiş film və videoları izləmək olar. Ağıllı sütunlar SmartThings, Nest, Philips Nue, IFTTT və digər xidmətlərə qoşula bilir.

Bu istehsalçıların modelləri sakit, lakonik dizaynla fərqlənir. Korpus üzərində minimal sayda düymə var, habbuki Amazon-da onların sayı bir xeyli çoxdur. Həddindən ziyadə futuristik Echo ilə müqayisədə bu qurğular müxtəlif daxili məkan dizaynlarına asanlıqla uyğun gəlir. 399 dollara satılan Google Home Max sahibi ilə söhbət etməkdən başqa həm də musiqini yüksək keyfiyyətlə səsləndirə bilir. Amazon məhsul xəttində belə bir modelə gerçəkdən ehtiyac var. Google köməkçisi, əlbəttə ki, bir qədər kütbeyindir, amma buna baxmayaraq improvizasiya etməyə çalışır. “Bundan xəbərim yoxdur” deməkdənsə o, internetə girib heç olmasa hansısa cavab axtarıb tapmağa çalışacaq. Nəticədə, qurğu getdikcə özünü təlimləndirərək inkişaf edəcək. Üstəlik, Google Home konteksti də anlaya bilir. Misal üçün, The Beatles qrupunun mahnısı çalarkən istifadəçi “son albomlarını oxutdur əmrini versə, qurğu dərhal Two of Us səsləndirəcək.

Nöqsanlara gəlincə:

  1. Google Home hələ ki, Amazon Echo kimi ağıllı evə uyğunlaşdırılmayıb. Alexa hər elektrik açarına inteqrasiya edilə bilər, Google isə bu cür qlobal əhatəyə qarşıdır.
  2. Evdə bu qədər məlumat toplaya bilən qurğunu saxlamaq qorxuludur. Onsuzda Google haqqımızda çox geniş məlumata sahibdir, indi isə üstəlik bütün söhbətlərimizə qulaq asacaq. Allah bilir, bütün bu məlumatlar sonra hara gedir…

Apple HomePod

Qiyməti 349 dollardır.

Apple bu yarışa hamıdan sonra qoşulub. Amma şübhə yoxdur ki, HomePod çıxandan sonra ağıllı sütunlar təkçə ingilisdilli ölkələrdə deyil, dünyanın hər yerində trendə girəcək. Kupertinoda bu qurğunu təkçə köməkçi kimi deyil, eləcə də musiqi səsləndirmək üçün əla cihaz kimi yaradıblar. Məhz elə bu, qurğunun bu qədər baha olmasının səbəbini aydınlaşdırır: HomePod səs şüası formalaşdıran 4” uzunsov sabvufer və 7 dinamiklə təchiz olunub. Avtomatik yer təyinetmə sistemi dinamiklərə məkana görə yük nisbətini müəyyənləşdirməyə kömək edir. Əksolunmuş siqnalları boğma sistemi ilə təchiz olunmuş 6 ədəd quraşdırılmış mikrofon səsli əmrinizi gur musiqi səsinin içindən belə ayırd edib qəbul edəcək. HomePod vasitəsilə istənilən HomeKit qurğusunu idarə etmək olar. Belə ki, bu ağıllı sütun Philips Hue, Nest və digər ağıllı ev sistemləri ilə uyğunlaşa bilir.

HomePod dəbdəbəli, parlaq və bahalı şeydir. Echo interyeri korlayır, Google Home diqqət cəlb etmədən təvazökarca bir kənarda yer alır, Apple isə sütunu məkanın əsl yaraşığıdır. Quraşdırılmış Siri köməkçisi hamıya tanışdır, onun idarəolunması çətin deyil. O, həmişə olduğu kimi sizə hava məlumatı, son xəbərlər təqdim edəcək, mesajları çatdıracaq, sizi yuxudan qaldıracaq. Yeganə nöqsan odur ki, tətbiqlərin sayı azdır. Musiqi mənbəyi yalnız Apple Music, xəritə — yalnız Apple Maps-dir və s.

HomePod əsl Apple fanatlarının malıdır.

Microsoft Invoke

Qiyməti 200 dollardır.

2017-ci ilin payızında Microsoft və Harman Kardon şirkətləri birgə layihə çərçivəsində içində Cortana quraşdırılmış Invoke adlı ağıllı sütunu satışa buraxdılar. Bu model zahirən Amazon Echo-ya çox oxşayır. Üst qismində sensorlu idarəetmə paneli, metal korpusunda 3 dinamik, 3 sabvufer və istənilən gurultu içində səsli əmri qəbul edə bilən 7 mikrofon quraşdırılıb. Sütun 3600 -lik səs təmin edir. Digər şəxsi köməkçilər kimiCortana da suallara cavab verir, musiqi çaldırır, hava proqnozu, son xəbərlər, yollardakı vəziyyətlə bağlı məlumat verir və ağıllı evi idarə edə bilir. Tərtibatçılar Invoke-un fərqləndirici xüsusiyyəti kimi onun Skype vasitəsilə rabitə qurmaq bacarığını qeyd edirlər. Bununla belə, Google Home adi telefon rabitəsindən də istifadə edə bilir.

Lenovo Smart Assistant

Qiyməti 130-180 dollar arasında dəyişir.

2017-ci il başlayan kimi Lenovo özünün Smart Assistant adlı ağıllı sütununu bazara çıxartdı. Zahirən və əsas funksiyalarına görə bu qurğu da Amazon Echo-ya bənzəyir. Üstəlik, hər iki rəqib eyni səsli köməkçidən, Amazon Alexa-dan istifadə edir. Silindrik forması olan Lenovo Smart Assistant səsinizi 5 metr məsafədən ala bilir. Qurğu musiqi səsləndirmək, internetdə axtarış aparmaq, müxtəlif xatırlatmalar üçün və s. istifadə oluna bilər. Cihazın tam 8 mikrofonu, səs-küy boğma və akustik əks-səda texnologiyası var. Qurğunun daha bahalı versiyasında isə Harman Kardon audiosistemi quraşdırılıb.

Lenovo-nun daha bir ağıllı sütunu — Smart Display daha maraqlıdır. Bu qurğu CES 2018 sərgisində nümayiş etdirilib. Qurğunun Google Assistant funksionalı və displeyi var. Smart Displey-in 8” və 10” ekranlı iki modeli satışa çıxarılacaq. Bu modellərin qiyməti müvafiq olaraq 200 və 250 dollar olacaq. Texniki baxımdan qurğu kifayət qədər qabaqcıldır. Onun Snapdragon 624 prosessoru var. Həmin prosessorun əsasında isə ağıllı ev qurğuları üçün nəzərdə tutulmuş, 2 Gb əməliyyat yaddaşı, 4 Gb quraşdırılmış yaddaşı və 5 Мр kamerası olan yeni Qualcomm Home Hub platforması yaradılıb.

Şübhəsiz, Lenovo Smart Display eləcə də YouTube kanalındakı videoları da çaldıra bilir. Bu funksiyanı Google Amazon Echo Show-nun əlindən alıb eksklüziv olaraq Google Assistant qurğularına aid edib. Bununla yanaşı, sütun internetdə məlumat axtarıb nümayiş etdirəcək, xəritə açacaq, reseptləri tapıb oxuyacaq, hava proqnozlarını təqdim edəcək və bundan başqa daha bir çox şey edəcək. Satışlar yayda başlayacaq.

Nəticə

Amazon və Google öz qurğularını daha ağıllı etməyə çalışırkən, bir qədər geridə qalan Apple daha çox küyfiyyətli səsləndirməyə fikir ayırır və bununla da, demək olar ki, bir növ ev iPod-u hazırlayır. Invoke isə bütün bunlarla müqayisədə heç də parlaq görünmür. Ağıllı sütunların bir-birindən əsas fərqi yenə də dəstəklənən kənar tətbiqlərin sayıdır və bu baxımdan Apple hamıdan geridədir. HomePod yalnız Apple Music ilə işləyir, Echo və Google Home isə bütün populyar musiqi servislərini dəstəkləyir. Həmçinin, Chromecast sayəsində Google-ın ağıllı sütunları televizora və digər uyğunlaşdırılmış qurğulara qoşula bilir. Odur ki, Business Insider bu qurğulara ABŞ-da böyük maraq olduğunu iddia etsə də, başqa ölkələrdə, o cümlədən, Azərbaycanda ağıllı sütunlar çətin ki, rəğbət qazana bilsin. Hər halda, bu, daha yeni bazardır və hər şey dəyişə də bilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -