spot_img
25 апреля, 2024
ДомойТелекомСтатьиMaraqlı startap fikrinizi hara təqdim edə bilərsiniz?

Maraqlı startap fikrinizi hara təqdim edə bilərsiniz?

Akselerator startaplara gələcək biznesdə pay sahibi olmaq hesabına dəstək verməyə hazır olan bir şirkətdir. Bu şirkət bir növ «inkişaf sürətləndiricisi» rolunu oynayır və əlində sadəcə ilkin layihə olan gənc biznesmenlərə investor tapmaqda yardım edir. Akseleratorların əsas vəzifəsi ilkin mərhələdəki layihələrə inkişaf etməkdə mümkün olduğu qədər kömək etməkdən, onları yaxşılaşdıraraq investorların marağını artırmaqdan ibarətdir. Əksər hallarda akselerasiya proqramında iştirak üç mərhələdə həyata keçirilir: iştirtakçıların seçilməsi, onların xüsusi təlimdən keçmələri və nəhayət, layihənin investorlara təqdimatı.

Y Combinator, Techstars və ya Startupbootcamp kimi akselerator proqramlarında iştirakın özü artıq onu göstərir ki, sizin startapınız olduqca mürəkkəb seçmələrdən uğurla keçib və onun bazarda pay sahibi olmağa yaxşı şansı var. Adətən 3 aydan 6 ayadək davam edən təlim mərhələsində müxtəlif mentor və müəllimlər öz təcrübələrini bölüşərək startapları təkmilləşdirməkdə yardım edirlər. Bununla yanaşı, akseleratorlar öz rezidentlərinə başqa növ köməklik də göstərirlər. Belə ki, onlar startap müəlliflərinə tam təchizatlı ofis təqdim edərək onların səmərəli işləməsini təmin edir, bəzi hallarda isə daha irəli gedərək startaplara müəyyən maddi vəsaitlər də təqdim edir.

İlk baxışda akseleratorlarla biznes-inkubatorlar arasındakı fərqi görüb anlamaq bir qədər çətin ola bilər, çünki onlar sanki tamamilə eyni işlə məşğuldurlar. Amma onların arasındakı mühüm fərq akseleratorların işə kommersiya yönümlü yanaşmasıdır. Akseleratorlar demək olar ki, həmişə inkişaf etməsinə köməklik göstərdiyi startapın biznesinə şərik çıxır, halbuki, biznes-inkubatorların əsas məqsədi insanlar arasında kommunikasiya yaratmaqdan ibarətdir. Akseleratorlar adətən startapın gələcək biznesindən 3-7% pay alır. Lakin elə akseleratorlar da var ki, startapın biznesinin 25%-nə sahiblənir.

Öz mahiyyətinə görə akselerator əslində yaranmaqda olan startapa maddi vəsaitlər deyil, bilik, xidmət və inkişaf dəstəyi investisiya edir. Onların məqsədi investorları startaplarla görüşdürüb təlim verdikləri şirkətləri «satmaqdan» ibarətdir. Əksər hallarda, startap öz investorunu tapdıqdan sonraakseleratorlar layihədən çıxır və öz paylarını qazanırlar.

Əvvəllər elə hesab olunurdu ki, akseleratorlar hələ ideyadan başqa heç bir şeyi olmayan, daha yeni formalaşmaqda olan startapları nəzərdə tuturlar. Əlbəttə, belə bir ilkin mərhələdə mentorların, ekspertlərin köməyi, ofis təminatı və maddi dəstək şübhəsiz ki, olduqca faydalıdır. Lakin indi elə akseleratorlar da var ki, artıq öz xərclərini qarşılamağa qadir olan, iri miqyasda inkişaf edə bilən startaplar üçün də faydalı ola bilirlər. Belə startaplar üçün akselerator dəstəyi ilk növbədə yeni bazarları fəth etmək üçün uyğun yerli şirkət tapmaqda faydalı ola bilər. Beləliklə, startap yeni mühitdə münasib regional dəstək əldə edir və daha rahat şəkildə yeni mühitə uyğunlaşır.

Biznesi inkişaf etdirmək üçün daha bir yol akselerasiya mərhələsini varlı investorlar cəlb edərək daha böyük həcmli kapitalizasiya təmin edən iri Amerika və Avropa şirkətlərində keçməkdir. Şübhəsiz ki, bunun üçün layihə beynəlxalq səviyyədə rəqabətədavamlı olmalıdır. Startaplar üçün iri akselerator şirkətləri ilə əməkdaşlığın gətirdiyi başqa bir bonus isə güclü PR-dır. Böyük şirkətlərin özləri də bəslədikləri startaplar üçün güniş informasiya dəstəyinin yaradılmasında maraqlıdırlar, çünki bununla onlar eyni zamanda özlərini də reklam edir. Şübhə yoxdur ki, ən yaxşı PR dəstəyi Qərb şirkətlərindən gələ bilər.

Ən yaxşı akseleratorların dünya reytinqi

Akseleratorların ən iri yatırımları ABŞ-da həyata keçirilir, ardınca Qərbi Avropa və Latın Amerikası gəlir.

500 Startups

500 Startups ən prestijli dünya akseleratorlarından biri hesab olunur. Bu şirkətdə ekspert və təlimçi rolunda Google, Facebook, Twitter, Apple və digər yüksək səviyyəli şirkətlərdə aparıcı mövqelərdə işləmiş peşəkarlar çıxış edir. Yeri gəlmişkən, 500 Startups şirkətinin MDB və Şərqi Avropa startapları ilə məşğul olan xüsusi bölmə fəaliyyət göstərir. Yaradıldığı vaxtdan bəri həmin akselerator 60 ölkədən cəlb etdiyi 1700-ə yaxın startapa investisiya qoyub.

https://500.co/

Startupbootcamp

Bu Skandinav mənşəli layihə yeni bizneslərə 3 aylıq təlim dəstəyi və maddi dəstək vəd edir. Startupbootcamp (https://www.startupbootcamp.org/) tərəfindən «sürətləndirilmiş» startapların 76%-i bazarda uğurla fəaliyyət göstərməyə davam edir. Bu şirkətin ofisləri buğun Avropa ilə yanaşı eləcə də ABŞ, Cənubi Amerika və Asiyada fəaliyyət göstərir. Sözügedən akseleratorun qoyduğu yatırımların ümumi həcmi 240 milyon avro təşkil edir.

Accelerace

Biznes inkişafına dəstək verən daha bir nüfuzlu Skandinav akseleratorudur. Onun dəstəkləmə üsulları ekspertlərlə fərdi çalışmalardan maddi yatırım və brendləşməyədək dəyişə bilər. Accelerace tərəfindən yetişdirilmiş 500 startapın 88%-i fəaliyyətini uğurla davam etdirir. 2015 və 2016-cı illərin yekunlarına görə şirkət yatırım həcminə görə Avropa birincisi olub.

https://www.accelerace.io/

Entrepreneurial Spark

Britaniyanın ən iri akseleratoru olan bu şirkət indiyədək 1800 startap yetişdirib və yatırım olaraq 151 milyon avro cəlb edib. Şirkət müddəti 3 aydan 6 ayadək dəyişən 4 müxtəlif dəstək proqramı təklif edir. Bunlardan birini seçmək isə layihənin hansı mərhələdə olmasından və startap sahiblərinin prioritetlərindən, o cümlədən, startapın genişlənməsi, investor arayışı, ya da biznesin daha sürətli inkişaf etməsi istəklərindən asılı ola bilər.

https://www.entrepreneurial-spark.com/

Seedcamp

Dünyanın hər regionundan şirkətlərin yatırım qoyduğu ilk Avropa akseleratorlarından biridir. Seedcamp biznesi qurmağa hazır olan gənc təşəbbüskarlara 75 min avro təklif edir. Bunun müqabilində akselerator startapın gələcək biznesinin 7%-ə sahib olacaq. Eyni zamanda, startapa heç bir yatırım ayırmadan dəstək verdikdə, Seedcamp həmin startapın biznesində 3%-lik payın sahibi olacaq.

https://seedcamp.com/

İTİF akseleratoru

İnternet Təşəbbüslərinin İnkişafı Fondu Rusiyanın internetdə ən iri startap dəstəkləmə akseleratorudur. Fondun proqramında indiyədək 10000 startap iştirak edib. İTİF iştirakçıların önünə bir sıra tələb qoyur. Bunların arasında biznes modelin mövcud olması və akselerasiya dövründə həmin modelin tətbiq oluna bilməsi, startap komandasında biznesdə təcrübəsi olan azı iki nəfərin olması, habelə biznesin işləmə qabiliyyətini yoxlaya bilmək imkanı yer alır. 3 ayıq təlimi bitirdikdən sonra startap investorlardan və ya Fondun özündən yatırım ala bilər.

http://www.iidf.ru/startups/accelerator/

SKOLKOVO startap akademiyası

Startapçıların məcburi təlim proqramı burada 5 ay davam edir. Həmin müddət ərzində onlar kağız üzərində yazılmış ideyanı bazarda tətbiqolunma mərhələsinədək daşıyırlar. Akademiyadakı təlim haqqı 690 min Rusiya rubludur. Təzəliklə fəaliyyətə başlayan təşəbbüskarlar üçün «Biznes modelləmə», «Komanda daxilində startap», «Marketinq», «PR və satışlar», habelə digər proqramlar nəzərdə tutulub. Akseleratorun fəaliyyət göstərdiyi 1 il ərzində 4 milyon dollar həcmində yatırım cəlb etməyə nail olmuş 67 şirkət təsis olundu.

https://startup.skolkovo.ru

GVA LaunchGurus

İstənilən istehlak sahəsində startap yaratmağa kömək edən iri Moskva akseleratorudur. Təzə biznesmenlərin öz qarşısına qoyduqları məqsədlərdən asılı olaraq şirkət onlar üçün təcrübəli təlimçilər təyin edir. İş burada əsasən biznes ideyasının araşdırma və müştəri bazasının inkişaf etdirilməsindən ibarətdir.

http://gva.vc

Founders Space

Son iki il ərzində Founders Space böyük qlobal ekspansiya həyata keçirərək dünya miqyasında tərəfdaşlıq əlaqələri qurub, yeni nümayəndəliklər açıb. Bu akselerator öz startap treninqlərinin keyfiyyəti ilə məşhurdur. Şirkətin təlimçiləri bütün dünyanı gəzib dolaşaraq startaplara təlim keçir. Founders Space-in 22 ölkədə 50-dən çox tərəfdaşı var. Şirkət müntəzəm şəkildə Çində, Tayvanda, Koreyada, Avropa və Amerikada proqramlar işə salır. Akselerator eləcə də olduqca güclü investor şəbəkəsi var. Həmin şəbəkəyə Asiya, Avropa və Amerikanın aparıcı vençur şirkətləri daxildir. Əgər sizin startapınız var və siz yüksək dərəcəli təlimə, eləcə də dünyanın hər regionunda nüfuzlu fəaliyyəti olan akselerator axtarırsınızsa, bəlkə də Founders Space-də daha yaxşısını tapa bilməzsiniz.

https://www.foundersspace.com/

Techstars

Techstars (https://www.techstars.com/) öz brendini yaradarkən inanılmaz bir uğur qazanıb və hazırda Londonda, İsraildə, Almaniyada, Kanadada, Avstraliyada və, əlbəttə ki, Amerikada müxtəlif proqramlar işə salır. ABŞ-ən Kolorado Ştatında, Boulderdə təsis edilən bu akselerator indi qlobal miqyaslı bir şirkət olub. Techstars Ventures rəhbərliyinin idarəetməsi altında hazırda 265 milyon dollarlıq vəsait var və indi şirkət özünün üçüncü fondundan investisiya qoymağa davam edir. Strategiyanın bir hissəsi iri korporasiyalarla əməkdaşlıq etməyi nəzərdə tutur. Onlar «powered by Techstars» terminindən istifadə edərək öz xidmətlərini müəyyən sektora yönəlmiş və korporativ tərəfdaşlarının ehtiyaclarına istiqamətləndirmiş ixtisaslaşmış proqramlara təklif edir. Techstars tərəfdaşları arasında Target, SONY Music, Warner Music Group, Amazon, SONOS və METRO yer alır. Odur ki, qlobal korporasiyalarla əlaqəsi olan ixtisaslaşmış akselerator arayan startaplara bu şirkət tövsiyə olunur.

Plug And Play

Öz səylərini maarifləndirmə və təlim üzərində qurmamasına baxmayaraq, iş startaplarla korporasiyalar arasındakı əməkdaşlığa gələndə bu şirkət öz imkanları ilə olduqca təəccübləndirir. Plug And Play şirkətinin dünya miqyasında onlarla iri tərəfdaşı, o cümlədən, Intuit, Credit Suisse, Honeywell, Bosch, Panasonic kimi adlar var, üstəlik, bu siyahını hələ çox davam etdirmək olar. Hazırda PlugAndPlay dünyada 22 lokasiyaya malikdir. Onu da deyək ki, həmin lokasiyalar akseleratordan daha çox kovorkinq mərkəzlərinə bənzəyir. İrihəcmli bu mərkəzlər real qiymət kəsb edir. Bu isə öz növbəsində xarici ölkə hökümətləri və transmilli korporasiyalarla əlaqələrdə ciddi üstünlük yaradır. Bir il ərzində akselerator 100-dən çox startap yetişdirib və dünya miqyasında uğurlu brend yarada bilib.

http://plugandplayaccelerator.com/

Hax

Şübhəsiz, bu, hardware-startaplar üçün ən uyğun akseleratordur. Hax hardware yönümlü ekosistem yaradarkən inanılmaz bir iş görübAkselerator Minin Çenjen şəhərində yerləşir və SOSV akseleratorlar qrupuna daxildir. Həmin qrupa həmçinin INDIEBIO, FOOD-X, URBAN-X, CHINACCELERATOR, MOX və digərləri də daxildir. Sadalanan bütün faktorlar bir araya gətirildikdə, Hax şirkətinin nəyə görə dünya üzrə aparıcı akseleratorlar arasında yer tutduğu aydın olur.

https://hax.co/

Предыдущая статья
Следующая статья
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -