ГлавнаяSoftwareИгрыGorogoa: zamanın və məkanın içindən keçərkən

Gorogoa: zamanın və məkanın içindən keçərkən

Gorogoa ötən ilin dekabr ayında çıxmasına baxmayaraq, son illərin ən yaxşı tapmacalarından biri olan bu oyun haqqında danışmamaq səhv olardı. Gorogoa illüstrator Ceyson Robertsin yaradıcılıq meyvəsidir. Əvvəlcə bu layihə klassik qrafik roman kimi düşünülsə də, iş başlayanda özü özündən interaktiv olmağa başladı. Gorogoa-nı çəkmək üçün, eyni zamanda sıfırdan oyun yaratmaq işini öyrənmək üçün Ceyson tam altı il sərf etdi. 2011-ci ildə bu işə başlayıb o, ilk demo versiyasını 2012-ci ildə təqdim etdi, oyunun tam versiyasını isə 2017-ci ilin sonunda tamamlaya bildi. Nə var ki, bu uzun və çətin iş öz bəhrəsini verdi. Gorogoa təkcə öz yeni və bənzərsiz ideyaları ilə deyil, eləcə də mükəmməl şəkildə işlənmiş ahəng dolu əsər olaraq özünə valeh edir.

Gorogoa bir tapmaca oyunudur və burada oyunçunun qarşısına adi ikiölçülü şəkillər qoyulur. Buna baxmayaraq, oyun real hiss edilə bilən və dərin hekayəni danışır. Bir çox başqa pazlardan fərqli olaraq Gorogoa geymerin təkcə intellektini yox, eləcə də onun duyma və sezmə gücünü işlədir. Müəllif sanki bizə bir qayçı verib deyir ki, əhvalatı davam etdirmək üçün səhifəni necə istəyirsən, elə kəs-doğra. İxtiyarımıza verilmiş optika ilə isə miqyası istədiyimiz kimi artırıb-azalda bilirik. Gorogoa-nın açar elementi isə, şübhəsiz, nə səs, nə də orijinal oyun üslubudur. Əsas olan burada prosesin içinə məharətlə hörülmüş tapmacalardır.

Gorogoa eyni dəyəri olan beş hissədən ibarətdir. Bunlardan hər biri axıb digərini hamar şəkildə əvəz edir. Eyni zamanda, hər bir hissə unikaldır. Əsrarəngiz əjdaha ilə görüşmək üçün beş ritual meyvə toplamaq istəyən oğlanı siz sadəcə bir məkandan digərinə deyil, eləcə də zamanın içindən keçirməlisiniz. Lokasiyalar adi şəhər kimi, divardakı foto kimi, nağıl kitabındakı şəkil kimi, hətta ətrafınızdakı əşyalardan biri kimi qarşınıza çıxa bilər. Hər mərhələ öz obrazı və unikal mexanikası ilə fərqlənir. Bəzən rituallarla dolu nağıl dünyasından keçir, bəzən ulduzları və lampaları yandırıb pərvanəni işığa cəlb edirsiniz. Gorogoa-nın ən kiçik əhvalatı belə özünün zərifliyi ilə heyran edir, eyni zamanda ümumi süjetlə harmonik şəkildə birləşir. Ümumi süjetə gəlincə, oyunun ən çətin və ən maraqlı tapmacası elə onun özüdür.

Gorogoa-nın vizual üslubu da təqdirəlayiqdir. Oyun təkrarolunmaz özünəməxsusluğu və müdhiş detallarla doludur. Əgər tapmacalar birdən sizə çox sadə və asan gəlsə, ya da süjeti isə anlamaqda bəzən çətinlik çəksəniz, yenə də bu oyunu sadəcə sezmək və şəkillərə tamaşa etmək yetər. Gorogoa özündə həm unikal formanı, həm də maraqlı məzmunu birləşdirə bilən olduqca nadir oyunlardan biridir. Bu, sürətlə cərəyan edən, lakin müxtəlif obrazlarla dolu, içində olduqca maraqlı tapmacaları, fövqəladə gözəl vizual stilistikası olan, insanın könül tellərinə toxunmağı bacaran bir oyundur.

 

  • Janr: Tapmaca
  • Nəşriyyatçı: Annapurna Interactive
  • Tərtibatçı: Buried Signal
  • Buraxılış tarixi: 14 dekabr 2017
  • Platforma: PC, iOS, Nintendo Switch
  • Rəsmi sayt: http://gorogoa.com
  • Yaş həddi: 3+
ТЕГИ:
Компания Azercell оказала поддержку студентам Западно-Каспийского Университета
Maraqlı startap fikrinizi hara təqdim edə bilərsiniz?
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!