spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi Redmi 5 və Redmi 5 Plus rəsmən təqdim edildi: NFC yenə...

Xiaomi Redmi 5 və Redmi 5 Plus rəsmən təqdim edildi: NFC yenə yoxdur

Xiaomi şirkəti Redmi 5 və Redmi 5 Plus smartfonlarını təqdim edib. Yeni cihazlarda ekran ön panelin demək olar ki, bütün hissəsini örtür. Metal dizayn, arxa panelin üst va alt hissəsində plastik elementlər — ənənvi Xiaomi modelləri. Smartfonlarda sensor düymələr yoxdur, onlar virtual olaraq ekrana yerləşdirilib. Redmi 5-in ölçüləri 151,8х72,8х7,7mm 157qr, Redmi 5 Plus-un ölçüləri isə 158,8х75,45х8,05mm 179.5qr təşkil edir.

Redmi 5 smartfonu 5.7 düymlük HD+ ekran, Redmi 5 Plus isə 6 düymlük Full HD ekran ilə təchiz edilib. Kiçik model 1.8 Ghz Snapdragon 450 prosessoru, Adreno 506 qrafikası ilə təchiz edildiyi halda, Redmi 5 Plus-da Snapdragon 625 prosessoru quraşdırılıb.

Xiaomi Redmi 5 2/3 GB RAM və 16/32 GB daxili yaddaş ilə təchiz edilib. Redmi 5 Plus smartfonunun isə 3/32 və 4/64-lük modelləri mövcuddur. Batareyaların həcmi də fərqlidir: Redmi 5 -də 3300 mAh, Redmi 5 Plus-da isə 4000 mAh.

Kameralar cihazlarda eynidir: 12 mpxl. F/2.2 əsas kamera və 5 mpxl. ön kamera. NFC modullar isə heç bir smartfona quraşdırılmayıb.

Xiaomi Redmi 5 120 və 135 dollara, Redmi 5 Plus isə 151 və 196 dollara təqdim ediləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -