ГлавнаяТелекомСобытияMicrosoft Azerbaijan dövlət başçısına «Made in Azerbaijan» əqli mülkiyyət məhsullarını təqdim edib

Microsoft Azerbaijan dövlət başçısına «Made in Azerbaijan» əqli mülkiyyət məhsullarını təqdim edib

Microsoft korporasiyası Baku Expo Mərkəzində dekabrın 5-dən 8-dək 23-cü Bakutel informasiya-kommunikasiya texnologiyaları sərgisində iştirak edib.

Sərginin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Leyla Əliyevaya şirkətin stendində nümayiş olunan bir sıra innovativ texnologiyalar, həmçinin «Microsoft» texnologiyaları üzərində qurulmuş “Made in Azerbaijan” əqli mülkiyyət məhsulları təqdim olunub.

Dövlət başçısına məlumat verən Microsoft Azərbaycan şirkətinin baş direktoru Sərxan Həşimov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf prioritetlərindən biri də IT sahəsidir. Məhz bunu əsas götürərək, şirkətimiz yerli IT startaplara dəstək verir.

Həmçinin, stenddə cənab prezidentə Microsoft şirkətinin platformasında hazırlanan yerli tədbiqlər nümayiş olunub. Tədbiqlərdən böyük marağa səbəb playmusic.az haqqında ətraflı məlumat verilib. Bildirilib ki, tədbiq Azərbaycanda ilk leqal müsiqi kontentini cəmləyən portaldır.

Təqdimat sonrası dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və Leyla Əliyeva şirkət nümayəndələri ilə stendin qarşısında xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Microsoft Azerbaijan şirkətinin dörd zonadan ibarət stendində ayrılıqda səhiyyə, təhsil və innovasiya sahələrində olan məhsullar və «Made in Azerbaijan» əqli mülkiyyət məhsulları nümayiş olunub. Stendin “Made for Azerbaijan” bölməsində isə Azərbaycanın innovasiya potensialını artıracaq layihələr təqdim olunmuşdur.

Microsoft korporasiyasının təmsilçiliyi Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Microsoft Azərbaycanın əsas məramı Azərbaycanın tam potensialını həyata keçirilməsinə dəstək göstərməkdir. Təmsilçiliyin məqsədi Microsoft Korporasiyasının ən son məhsul və həllərinin daha səmərəli tətbiqi vasitəsilə Azərbaycanın strateji inkişaf məqsədlərinə çatmasına xidmət etməkdir.

Уже более 20 команд зарегистрировано для участия в CTF, торопитесь до завершения приема заявок осталось менее двух дней
AlphaZero süni intellekti 4 saat ərzində şaxmat oynamağı öyrəndi və çempion-tətbiqi məğlub etdi (video)
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!