spot_img
25 апреля, 2024
ДомойТелекомСобытияAzInTelecom ilə Microsoft Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb

AzInTelecom ilə Microsoft Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom Microsoft Azərbaycan şirkəti ilə Anlaşma Memorandumu imlalayıb.

Tərəflər arasında əldə olunan razılığa əsasən Azintelecom-un Data Mərkəzi və onun texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair gələcək əməkdaşlıq üçün müzakirələrə başlanacaq.

2016-cı ilin dekabr ayında  istismara verilən Azintelecom-un Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir. Data Mərkəzin texniki imkanları vasitəsilə «bulud» əsaslı infrastruktur həlləri təqdim edən Azintelecom-un bu sahədə çoxillik beynəlxalq təcrübəyə malik olan Microsoft şirkəti ilə əməkdaşlığa başlaması ölkə və region miqyasında çox mütərəqqi hadisədir. Belə ki, Şirkətlərin ümumi məramını həyata keçirtmək üçün nəzərdə tutulan potensial əməkdaşlıq istiqamətləri ən son data mərkəz texnologiyaları və xidmətləri üzrə dünya miqyasındakı təcrübə haqda müvafiq məlumatların, müasirləşdirmə və İT infrastrukturun qiymətləndirilməsi üçün informasiya təminatından və bu sahə üzrə qarşılıqlı əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsindən ibarətdir.

Bundan əlavə, hökümət və kommersiya qurumları üçün mövcud olan Microsoft lisenziyalaşdırma proqramları və təhlükəsizlik  həllərinin Azintelecom-la qarşılıqlı əməkdaşlıq şəraitində təmin olunmasından ibarətdir.

Potensial əməkdaşlıq çərçivəsində Azintelecom-da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -