ГлавнаяИнтервьюSamir Nasibov: «E-PUL — yaxşı reklam tələb edən unikal məhsuldur!»

Samir Nasibov: «E-PUL — yaxşı reklam tələb edən unikal məhsuldur!»

Cəmi bir neçə il bundan öncə skretç-kartlar mobil rabitə xidmətinin xüsusi növü kimi böyük innovasiya hesab edilirdi. Bir zaman bank kartları möcüzə sayılırdı və hal-hazırda bu sistem kifayət qədər qənaətbəxşdir. Daha sonra terminallar vasitəsilə hesabı artırmaq imkanı yarandı ki, bu gün də ödənişlərin böyük bir hissəsi məhz həmin terminallar vasitəsilə reallaşdırılır. Hazırda ödəmələrin müxtəlif bank alətləri vasitəsilə necə sürətlə artdığının şahidi oluruq. Nagdsız ödənişlər ödəmənin ən rahat üsulu olduğundan onların payı artmaqdadır. Bundan əlavə nağd ödənişlər təkcə dövlət üçün deyil, hesablaşmaların qalan iştirakçıları üçün də böyük miqdarda xərclər tələb edir.

Bu gün biz son bir neçə onilliklər ərzində maliyyə sahəsini qeyri-maliyyə sektorundan daha çox dəyişəcək hadisələrin astanasındayıq. Bu sahənin, ümumiyyətlə, insanların innovasiyalara o qədər də meyl etmədiyi bir sahə olduğunu nəzərə almağımıza baxmayaraq, bunun üçün həqiqətən də ilkin şərait vardır. Ona görə də yeni alətlərin tətbiqi prosesi kifayət qədər ləng həyata keçirilir. Ancaq müxtəlif qurğular və rabitə kanallarının (həm stasionar, həm də mobil) istifadəsilə ödəmələri həyata keçirməyə imkan verən elektron ödənişlər sistemi tədricən ənənəvi alətlərdən bazarı geri almaqdadır. Axı onlar istər mağazalarda, istərsə də internet vasitəsilə məhsul və xidmətlərin sifarişi və ödənişi üçün nağd pulların, öncədən ödənilən kartlar və nağdsız hesablaşmaların digər üsullarının istifadə imkanlarını özlərində birləşdirir. Belə multiplatforma xidmətləri ödəmələri POS terminallar, internet, eləcə də mobil platformalar üçün hazırlanan proqramlar vasitəsilə həyata keçirməyə imkan verir. Onların köməyilə təxirə salınmış ödənişlərin müddətini təyin etmək, gözlənilən və artıq yerinə yetirilmiş ödənişlərin detallaları haqqında bildirişlər əldə etmək, eləcə də ödəmə sistemində bütün vacib rekvizitləri yadda saxlamaq mümkündür.

Elmi-texniki naliyyətlərin bir-birini əvəz etdiyi dövrdə Azərbaycan da qlobal tendensiyalardan kənarda qalmır. Belə ki, son illər ölkədə maliyyə institutları mobil və internet bankçılığı fəal şəkildə inkişaf etməkdədir. Banklardan əlavə, digər şirkətlər də nağdsız ödəmələr üçün alətləri təklif etməyə çalışırlar. Məsələn, ölkəmizdə elektron cüzdanlardan (e-Wallet) əlavə, bir sıra digər elektron ödəmə sistemləri də fəaliyyət göstərir. Onlardan biri də “Paysis” şirkəti tərəfindən yaradılan və yerli bazarda üç ildən artıq fəaliyyət göstərən E-PUL onlayn ödəniş sistemidir. Bu, hələ ki, Azərbaycanda Android və iOS kimi ən məşhur mobil platformalar üçün mobil proqramlar təklif edən, eləcə də ilk on-line rejimdə kartdan-kartda vəsaitlərin köçürmə funksiyasını təqdim edən ödəmə sistemidir. Sistemdə müştərilərin xeyrinə olaraq bütün ödənişlərin qəbul edilməsi birbaşa Azərbaycanın aparıcı banklarından biri olan Bank of Baku-nun əməliyyat mərkəzi tərəfindən həyata keçirilir.

«Paysis» şirkətinin rəhbəri Samir Nasibov İnfocity-yə müsahibəsində E-PUL onlayn ödəniş sisteminin necə inkişaf etməsilə bağlı məlumat vermişdir.

EPUL onlayn ödəniş sisteminin yaranma ideyası necə meydana gəldi və o, bazara çıxışı anından bu günə kimi necə inkişaf edir?

— Bu ideya onlayn ödəniş sistemi fəaliyyətə başlamazdan bir neçə müddət əvvəl yarandı. Biz hamımız ödəniş sistemləri ilə birbaşa məşğul olan bank sektorundan olan şəxslərik. Mən fəxr edirəm ki, bu, tamamilə bizim məhsulumuzdur və öz mütəxəssislərimiz tərəfindən hazırlanmışdır. Əlbəttə ki, bizə ilham verən bir sıra xarici layihələr vardı, lakin əksər hallarda biz müştərilərimizin istəklərinə əsaslandıq, çünki Azərbaycan bazarının özünəxas xüsusiyyətləri vardır. Biz uzun yolun yalnız başlanğıcındayıq və bu yol bizi nağdsız əməliyyatlar üçün universal alətlərin yaradılmasına gətirib çıxaracaq. Layihənin ümumi məqsədi bank kartları üzrə internet ödənişlərinin istisnasız olaraq bütün şirkətlər və internet istifadəçiləri üçün əlyetərli və anlaşılan bir alət etməkdən ibarətdir.

Cari planda kifayət qədər yeni xidmət və funksiyaların tətbiqi nəzərdə tutulub və onlar tədricən həyata keçirilməkdədir. Məsələn, bu yaxınlarda kartdan karta pul köçürmələrində valyuta seçimini reallaşdırma imkanını təqdim etdik. Ümumiyyətlə, ilin sonuna kimi bazarda səs-səda doğuracaq minimum 5 funksiyanı da reallaşdırmağı nəzərdə tuturuq ki, onlar haqqında istifadəyə verildikdən sonra məlumat təqdim etmək istərdik.

İşlər olduqca çoxdur. Belə ki, Azərbaycanda nağdsız ödənişlərin payı çox azdır. Səhv etmirəmsə, bu, təqribən 5-6% təşkil edir. Bu vəziyyətin köklü şəkildə dəyişilməsi məqsədilə dövlət fəal şəkildə çalışır və beynəlxalq şirkətlər məsləhətlər üçün cəlb edilir. Çox təəssüf ki, ödəniş xidmətləri və elektron ödəmələrlə bağlı Azərbaycanda qanunvericilik bazasının olmaması E-PUL kimi xidmətlərin inkişafına da təsir göstərir. Əgər Rusiya nümunəsinə baxsaq, orada gənclər Apple Pay və Samsung Pay kimi xidmətlərdən böyük məmnuniyyətlə istifadə edir ki, bu da nağdsız hesablaşmaların həcminin artması istiqamətində real addım hesab edilə bilər. Rusiyada mobil qurğular vasitəsilə nağdsız vəsaitlər bazarında dövriyyə on dəfə artmışdır. Bu fakta diqqət yetirmək zəruridir.

Halhazırda EPUL onlayn ödəniş sisteminin nə qədər istifadəçisi vardır?

— Bütünlükdə xidmətlərimizdən təxminən 50 min istifadəçi yararlanır. 3 il ərzində marketinq və reklam üçün minimal xərclərlə belə saya nail olmağımızı nəzərə alsaq, hesab edirəm ki, bu əla göstəricidir. E-PUL istifadəçilərinin sayı ayda 6% artmaqdadır və gözlənilən yeniliklərin xidmətə tətbiqilə isə biz daha yüksək göstəriciləri gözləyirik. Hətta bu göstəricinin iki dəfə artacağı istisna deyildir. Ən başından şirkətdə yüksək texniki bilik və bacarıqlara sahib şəxslər çalışmaqdadır. Onlar marketoloq deyillər, sadəcə olaraq yaxşı proqram işləyib hazırlayıblar ki, bu proqram öz istifadəçilərini tapmış və funksionallığı hesabına əhali arasında geniş yayılmağa başlamışdır. Hal-hazırda layihə üzərində 15 nəfər çalışır, ancaq artıq hiss olunur ki, komandada yeni mütəxəssislərə ehtiyac vardır. Digər tərəfdən də marketinq, reklam və satış sahəsində inkişaf etməyimizin tam zamanının olması da bunu tələb edir. E-PUL — yaxşı reklam tələb edən unikal məhsuldur!

Bəs auditoriyanız necə paylanılmışdır? İstifadəçilərin neçə faizi mobil proqramlara üstünlük verir?

— E-PUL istifadəçilərinin əsas yaş kateqoriyasının 24 yaşdan 35 yaşa qədər insanların olduğunu nəzərə alsaq, əlbəttə ki, mobil proqramları seçənlər daha çoxdur. Ümumilikdə istifadəçilərimizin 70 %-i bu proqramdan smartfonları vasitəsilə istifadə edir və onların arasında Android əməliyyat sistemi bazasında çalışan qurğulara üstünlük verənlər çoxluq təşkil edir. Təxminən eyni nisbətdə Apple istifadəçiləridir — 70 % -in 30 %-ə nisbəti.

EPUL onlayn ödəniş sisteminin əsas imkanları və üstünlükləri hansılardır?

— İlk növbədə biz saytda asan və əlyetərli interfeysi təmin etməyə çalışdıq, eləcə də anlaşılan və asan UX-interfeysli mobil proqramı yaratdıq. E-PUL.az komissiya olmadan pul vəsaitlərinin səmərəli şəkildə xərclənməsi imkanlarını təqdim edir, bura eyni zamanda avtomatik ödənişlər xidməti də inteqrasiya edilmişdir. Əsas üstünlüklərindən biri, sözsüz ki, E-PUL Pul Kisəsinin olmasıdır. Burada plastik kartlarda mövcud olan məhdudiyyətlər yoxdur. İstifadəçi bank kartınına sahib olmadan belə, E-PUL Pul Kisəsinə sahib ola və onu MilliÖn terminalları vasitəsilə doldura bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq, identifikasiya olunmamış müştərilər üçün Pul Kisəsinin balansının artırılmasının maksimum məbləği 50 AZN təşkil edir. İstifadəçi Bank of Baku-da qeydiyyatdan keçərək bu limiti artıra bilər. Yeri gəlmişkən, kartla ödənişdən fərqli olaraq Pul Kisəsi ilə ödəniş edərkən, istifadəçi daha çox bonus xalları qazanır- müvafiq olaraq 150 və 100 xal.

Bundan əlavə E-PUL.az sistemdə istənilən ödəniş kartını — VISA və ya MasterCard-ı qeydiyyatdan keçirmək imkanını təqdim edir. Eyni zamanda istifadəçi E-PUL.az vasitəsilə müəyyən növ ödənişlərin (məsələn, Amazon və s. alış-verişlərin) həyata keçirilməsi üçün virtual kart da aça bilər. Müvafiq valyuta köçürmələrini dəstəkləyən Card to Card xidmətilə bağlı yuxarıda məlumat təqdim olundu. Bu xidmət yalnız 1,5% komissiyanı nəzərdə tutur. E-PUL Pul Kisəsi xidmətində hesabın artırılması, borcların ödənişi üçün Faktura xidməti və əlbəttə ki, bonuslar xallahı hədiyyələrə dəyişmək üçün Bonus mağazası mövcuddur. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz istifadəçilərə birbaşa olaraq bu bonuslar vasitəsilə mobil və kommunal ödənişləri həyata keçirmək imkanlarını təqdim edirik.

Bundan əlavə E-PUL ölkədə yeganə məhsuldur ki, bonuslar şəklində Сashback-in 0,7%-ni verir. Nəticədə onları mobil və kommunal xərclərin ödənilməsi üçün dəyişmək mümkündür. Əlbəttə ki, dəstək xidməti, borclar və s. kimi alətləri, eləcə də hal-hazırda üzərində çalışdığımız loyallıq proqramını unutmaq olmaz. Onun bəndlərindən biri istifadəçiyə dostlarını E-PUL sistemində qeydiyyatdan keçməyi təklif etməklə əlavə bonuslar qazanmaq imkanını təqdim etməkdir. Hər dəvət olunan dosta görə istifadəçi birdəfəlik 1000 bonus əldə etməkdən əlavə, 3 ay ərzində dostlar tərəfindən edilən ödənişlərə hesablanan 10% bonusunu qazanır.

Hal-hazırda komandamızın təqdim etdiyi növbəti bir xidmət vardır. Bu, Faktura xidmətidir ki, onun vasitəsilə hər bir istifadəçinin borcunu dostu ödəyə bilər. Tutaq ki, istifadəçinin elektrik enerjisi üzrə borcu var, lakin kartda və ya Pul Kisəsində vəsaiti yoxdur. İstifadəçi, digər E-PUL istifadəçisindən bu xidmət haqqını ödəməyi xahiş edə bilər. Eyni zamanda dostundan Pul Kisəsinə pul köçürməsini xahiş edə bilər. Yeri gəlmişkən, bu xidmət fərdi sahibkarlar arasında böyük populyarlıq qazanmışdır.

-Bu gün on-line ödənişlərin təhlükəsizliyinə xüsusi diqqət ayrılır. E-PUL.az vasitəsilə həyata keçirilən əməliyyatların qorunması ilə bağlı vəziyyət necədir?

— Bizim xidmətin etibarlılığı Thawte SSL, Verified by Visa və MasterCard SecureCode sertifikatları ilə təsdiq edilmişdir. Elektron ödəniş sistemlərində informasiyanın mühafizəsi PCI DSS verilənlərin şifrələnməsi sertifikatı ilə qorunur ki, bu E-PUL.az-da mövcuddur. Bununla belə sistem internet şəbəkəsində kartlar vasitəsilə ödənişlər zamanı təhlükəsizliyi təmin edən 3D Secure texnologiya ilə qorunur. Bundan əlavə E-PUL istifadəçiyə Asan İmza-mobil elektron imza vasitəsilə identifikasiya olunmaq imkanını təqdim edir və Pul Kisəsi vasitəsilə həyata keçirilən ödənişlər üçün Google Authenticator təhlükəsizlik xidmətindən istifadə edir. E-PUL eyni xidməti web-interfeys vasitəsilə sistemə daxil olduqda da təklif edir.

— Bazarda sizin əsas partnyorunuz kimdir və bu siyahıda daha kimləri görmək istərdiniz?

— Biz VISA və MasterCard ilə sıx əməkdaşlıq edirik. Yeri gəlmişkən, tezliklə biz MasterCard-la birgə brend məhsula start verəcəyik. Bununla yanaşı VISA ilə daha bir layihə reallaşdırma mərhələsindədir. Xidmətimiz Bank of Baku-nun əməliyyat mərkəzində hazırlanıb, ancaq bizim praktiki olaraq Azərbaycanın bütün bankları ilə çox sıx əməkdaşlığımız vardır. Eyni zamanda MilliCard əməliyyat mərkəzi ilə sıx tərəfdaşlıq nəticəsində birgə layihələr həyata keçirilir. Bu isə E-PUL onlayn ödəniş sistemini onun bankomatlar və POS-terminallar şəbəkəsi sayəsində yeni səviyyəyə qaldırmağa imkan verəcəkdir. AzeriCard ilə eyni münasibətlərin yaranmasını çox istərdik. MilliÖn, GoldenPay və digər aqreqatorlar kimi çoxlu tərəfdaşlar da vardır ki, onlarla da sıx əməkdaşlıq edirik. Çox xoşdur ki, bəzi anlar biz onlara yalnız xidmətlərə görə müraciət etmir, eyni zamanda qarşılıqlı fayda əsasında öz xidmətlərimizi də təqdim edə bilirik.

— Bəs rəqibləriniz haqqında nə deyə bilərsiniz?

— Hazırda mövcud bazarın yalnız 5-6%-nin məşğul olduğunu nəzərə alsaq, ciddi rəqiblərimizin olmadığını deyə bilərəm. Hətta onu da qeyd edim ki, bu sahədə çalışanların hamısı bizim tərəfdaşlarımızdır. Axı biz nağdsız ödəmələrin səviyyəsini artırmaqla dövlətin və cəmiyyətin xeyri naminə çalışırıq. Ona görə də bu, rəqabət üçün deyil, inkişaf etmək üçün ciddi stimuldur.

E-PUL: Android, iOS

Компания MONT Azerbaijan совместно с ESET и VERITAS провела в Баку семинар, посвященный вопросам предотвращения киберугроз
Для каких смартфонов Xiaomi обновление до MIUI 9 станет последним?
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!