spot_img
29 марта, 2024
ДомойТелекомСобытияNitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimlərinə start verildi

Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimlərinə start verildi

6 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, “STEP IT Academy Azerbaijan” və “Femmes Digitales” – Azərbaycan Qadınlarının İKT klubunun təşkilatı dəstəyi ilə “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinə start verilib.

Turanə Qasımovanın ideya müəllifi olduğu layihənin məqsədi nitq və eşitmə imkanları məhdud şəxslərə İKT sahəsində təlimlərin keçirilməsi, bu sahədə gələcəkdə peşakar səviyyədə çalışmaq istəyən şəxslərə dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Layihədə nitq və eşitmə imkanları məhdud 16-30 yaş arası İKT sahəsinə marağı və minimal bilikləri olan 20 gənc xanım iştirak edir.

12 təlimdən ibarət olacaq layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçiriləcək.

Layihənin sonunda tədris proqramını uğurla bitirən gənclər sertifikatla təltif olunacaq. Eyni zamanda, təlimlər bitdikdən sonra müəyyən tapşırıqlar əsasında iştirakçıların qiymətləndirilməsi aparılacaq və ən yaxşı nəticə göstərən qızlar müxtəlif şirkətlər tərəfindən iki aylıq təcrübə proqramına cəlb olunacaqlar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -