spot_img
26 апреля, 2024
ДомойТелекомСобытияHelsinki polisi yeni vəzifə təyin edib: yalan xəbərlər və təxribatlara qarşı internet-polis

Helsinki polisi yeni vəzifə təyin edib: yalan xəbərlər və təxribatlara qarşı internet-polis

Finlandiyanın paytaxtı Helsinkidə polis yeni vəzifə təyin edib: internet-polis. Şəbəkə polisi internetdə asayişi qoruyacaq. Qeyd edək ki, söhbət heç də robotdan getmir, internet-polisi real insandır.

Helsinki polisinin mətbuat xidməti məlumat verib ki, şəbəkə polisi vəzifəsinə baş inspektor Taemu Hokkanen təyin edilib. O, öz müsahibəsində bildirib ki, internetdə yalan xəbərlər, milli, irqi və ya dini nifrət və düşmənçiliyin təhrik edilməsi hallarının qarşısını almaqla məşqul olacaq.

«Yalan xəbərlər tez-tez kiçik qruplar və səhifələrdə yaranır. İstifadəçilərin çox hissəsi də cəmiyyətin təhlükəsizliyini təhdit edən məlumatlara böyük maraq göstərir. Bu isə heç də yaxşı hal deyil», — deyə Hokkanen bildirib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -