ГлавнаяТелекомСобытия«Hackathon Azerbaijan» qayıtdı: «Game Jam» müsabiqəsinə start verilir

«Hackathon Azerbaijan» qayıtdı: «Game Jam» müsabiqəsinə start verilir

3D oyun proqramlaşdırması sahəsində bilik və bacarıqlarını sınamaq istəyənlərin nəzərinə!

Azərbaycanda ilk Hackathon yarışmalarının təşkilatçısı olan «Hackathon Azerbaijan» komandası 3 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Belə ki, təşkilat komitəsindən verilən məlumata əsasən cari ilin 1 noyabr tarixindən «Hackathon Azerbaijan» layihəsi çərçivəsində növbəti, sayca 8-ci müsabiqəyə start veriləcək.

«IDRAK» Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən bu dəfəki müsabiqə «Game Jam» adlanır. Müsabiqənin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır. Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır. «Game Jam» müsabiqəsinə qeydiyyat 1-17 Noyabr 2017-ci il tarixləri arasında http://www.hackathon.az saytı vasitəsilə aparılacaq.

Seçim turundan müvəffəqiyyətlə keçən komandalara Noyabr — Dekabr aylarında Qərbi Kaspi Universitetinin tədris binasında mövzu ilə əlaqədar təlim və seminarlar keçiləcək.

2018-ci ilin Yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Müsabiqənin baş sponsoru olan «IDRAK» Texnoloji Transfer şirkətindən isə bildiriblər ki, çoxillik təcrübəsi olan və ölkədə İKT sahəsində kadr potensialının artırılmasına xidmət edən «Hackathon Azerbaijan» layihəsi çərçivəsində keçiriləcək «Game Jam» müsabiqəsinə dəstək verməkdən məmnunluq duyurlar.

«IDRAK» Texnoloji Transfer şirkətinin əsas fəaliyyət istiqamətinə gəldikdə isə, şirkət istənilən mürəkkəblik səviyyəsində olan informasiya sistemlərinin layihələşdirilməsi, tətbiqi və icrasını reallaşdırır. Şirkətin əsas fəaliyyət prioriteti informasiya texnologiyaları sahəsində anlayışlı, səmərəli və keyfiyyətli infrastruktur həllərinin istifadəçilərə təqdim edilməsidir. «İDRAK» Texnoloji Transfer şirkəti təhlükəsizlik sistemləri, coğrafi (naviqasiya) informasiya sistemləri (GIS), virtual reallıq texnologiyaları, analitik hesabatlar və digər spesifik sahələr üzrə ixtisaslaşmış təcrübəyə malikdir.

Məlumat üçün qeyd edək ki, Hackathon — hacker neologiyasıdır — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

TP-Link представил новый Archer С2300
Sony возобновляет производство роботов-собак AIBO
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!