spot_img
26 апреля, 2024
ДомойТелекомСтатьиBu servislər yaxın gələcəkdə pərakəndə satış sistemini dəyişdirəcək

Bu servislər yaxın gələcəkdə pərakəndə satış sistemini dəyişdirəcək

Texnologiyaların qlobal miqyasda sürətlənməsi və bununla bağlı meydana gələn sosial dəyişikliklər pərakəndəçiləri nəinki indi baş verən, eləcə də yaxın gələcəkdə baş verə biləcək proseslərə hazır olmağa vadar edir. Gələcəyi proqnozlaşdırmaq üçün onların köməyinə ilk növbədə avtomatlaşdırma servisləri gəlir.

1970-ci ildə məşhur futuroloq Elvin Tofflerin «Futuroşok» («Gələcəyin şoku») adlı kitabı işıq üzü gördü. Əsər insan oğlunun texnologiyaların qlobal miqyasda sürətlənməsinə və baş verən sosial dəyişikliklərə ayaq uydurmaqda qarşılaşdığı çətinliklərdə həsr olunub. Belə ki, insanlar baş verən dəyişiklikləri dərk edib onlara uyğunlaşmaq üçün getdikcə daha az vaxt sərf edirlər. Burada istehlakçılar ilə müxtəlif xidmətlər göstərən pərakəndəçilər arasında bir xətt çəkərək qeyd etmək lazımdır ki, sonuncular sadəcə indi baş verənlərə deyil, eləcə də yaxın gələcəkdə baş verə biləcəklərə hazır olmalıdırlar. Onlar inkişaflarını qlobal rəqabəti nəzərə alaraq proqnozlaşdırmalı, təcrübəli və məlumatlı istehlakçı uğrunda mübarizəni onların tələblərinə cavab verməyə çalışmalıdırlar. Qeyd etdiyimiz kimi, burada gələcəyi proqnozlaşdırmaq üçün pərakəndəçilər ilk növbədə biznes proseslərinin və ümumilikdə müəssisələrin avtomatlaşdırma servislərinə diqqət yetirməlidirlər.

İndi iki tip servis inkişaf etməkdədir:

  • Satışların və kommunikasiyaların avtomatlaşdırılması. Avtomatlaşdırma burada ilk növbədə məhsul və xidmətlərin alqı-satqı prosesinin sürətləndirilməsi ilə bağlıdır. Diqqət mərkəzində istehlakçı olmaqla, alqı-satqı sürətli və qüsursuz proses vəziyyətinə gə Bu tip servislərə onlayn satış texnologiyaları və sürətli kommunikasiya, eləcə də prosesi dəstəkləyən CRM, internet mağaza platformaları, kontekst və hədəf yönümlü reklam, habelə metrika xidmətləri aiddir.
  • Analitik proseslərin avtomatlaşdırılması və xərclərin azaldılması. Bura isə bir neçə servis kateqoriyası aid oluna bilə Bugün biz məhz onlar haqqında danışacağıq. Söhbət marketinq araşdırmalarında məsrəfləri və əlavə xərcləri azaltmağa, real və potensial müştərilərin davranışları üzərində non-stop rejimində tədqiqat aparmağa imkan yaradan servislərdən gedir.

Big Data servisləri: mobil rabitə abunəçilər haqqında məlumatlar

Big Data analitik servisləri rabitə operatorları üçün əsas inkişaf istiqamətlərindən biridir. Burada söhbət rabitə operatorlarının əlində olan müxtəlif məkanlarda müəyyən vaxt ərzində daha çox sayda insanların toplaşdığı nöqtələri haqqında məlumatlardan və bu məlumatları təhlil edərək ticarət obyektlərinin inkişafı üçün istifadə etməkdən gedir. Adətən belə məsələləri həll edərkən başlıca olaraq həmin məkanlarda yaşayan əhali haqqında məlumatlardan istifadə olunurdu və bu, pərakəndə satış obyektləri ziyarətçilərinin sayını müəyyən edən əsas göstərici idi. Big Data məlumatları həm də ticarət obyektini açmaq qərarına ciddi təsir göstərən keçid əmsalını da müəyyən etməyə kömək edir. Bununla yanaşı, operatorların analitik servisləri həm də abunəçiləri sosial-demoqrafik xüsusiyyətlərə görə ayırd etməyə qadirdir.

«Gizli müştəri» servisi

Bir çox marketinq və araşdırma agentlikləri belə xidmət göstərir. Lakin bu, həmişə ifaçı arayışları, gizli araşdırma metodikasının tərtib edilməsi, əməkdaşlar üzərində nəzarət kimi problemlərə səbəb olub. Bütün bunlar artıq xərclərə gətirib çıxardır. Misal üçün, bir restorana 15-20 «gizli müştəri» olduqca bahaya başa gələr. Xidmət keyfiyyətinə nəzarətin restoran üçün mütəmadi aparılmalı olduğunu diqqətə alsaq, belə gizli müştərilərin xidmətlərindən istifadə etmə xərcləri daha da qabaracaq.

Odur ki, buradan gizli müştəri bazası olan avtomatlaşdırılmış platformaya ehtiyac yaranır. Sifarişçi şəxsi kabinetdən onlayn rejimdə ifaçıları reytinqə görə seçir, vəzifəni müəyyənləşdirir, işin yerinə yetirilməsini, habelə hesabatları yoxlayır. Belə bir servis olduqda pərakəndəçi əvvəla agentliyə komisyon ödəməkdən qurtulur, bununla da xərclərini azaldır, digər tərəfdən də avtomatik rejim sayəsində insan faktorunu aradan qaldırmağa fürsət tapır. Üstəlik, belə sistemin içində nə araşdırma metodikasına görə, nə də ifaçılar üzərində nəzarətə görə xərclər yer almır. Sifarişçi müəyyən şablon seçərək işə start verir, ifaçılar isə reytinq sistemi tərəfindən qiymətləndirilir və xüsusi testlərdən keçirlər.

Geomarketinq araşdırmaları üçün servislər

Marketinq barədə bəhs edərkən pərakəndəçilərin sürətli ekspansiyasından danışmamaq mümkün deyil. Dünya pərakəndəçilik bazarının liderləri çoxdandır ki, yeni mağaza açmaq üçün aparılan meydan araşdırmalarını veb və mobil geoinformasiya sistemlərindən (GİS) istifadə edərək təkmilləşdirib. Bunların, yəni GİS platformaların arasında ən çox diqqət çəkən ESRI şirkətinin təqdim etdiyi və özündə həm desktop, həm də mobil və bulud həllərini birləşdirən ArcGİS platformasıdır. GİS texnologiyaları yeni mağaza üçün yer tapmaqda avtomatlaşdırılmış həll təmin etsə də, yenə də olduqca məsrəflidir. Platforma ödənişi ilə yanaşı pərakəndəçilər məlumat bazasına və bununla bağlı yeniləmələrə, eləcə də əməkdaşların geoinformasiya sistemlərinin alətlərindən istifadə etməklə bağlı treninqlərə pul xərcləməli olurlar.

Mağazalardakı trafik sayğacları

Ticarət mərkəzlərində, kassa növbələrində quraşdırılmış trafik sayğacları mobil operatorlardan fərqli olaraq faktiki ziyarətçi axınlarını: girənlərin, çıxanların, mal alıb çıxanların sayını, konversiyanı, istilik xəritələri vasitəsilə mağazada hərəkət sıxlığını müəyyən edən ölçür. Marketoloq və merçandayzerlər üçün belə servislər mağaza rəflərində malların dəyişdirilməsi, müştəri cəlbetmə aksiyaların keçirilməsi, satışların proqnozlaşdırılması kimi məsələlərdə qərar qəbuletmə prosesini xeyli asanlaşdırır və sürətləndirir.

Kart saxlama tətbiqləri

«Bütün endirim kartları sənin telefonunda» — bu, mobil telefonda bütün kartların saxlanmasını nəzərdə tutan bütün mobil tətbiqlərin şüarıdır. Belə bir şüar sürətlə inkişaf edən cəmiyyətin şüarı da sayıla bilər. Hər gün cibində bir dəstə endirim kartı daşımaq, kassanın önündə durub həmin dəstənin içindən lazım olan kartı axtarırkən arxada duranların narazı ah çəkmələrini duymaq artıq şəhərlilərin müasir həyat tərzinə uymayan keçmişdən qalma haldır. Pərakəndəçilər üçün isə belə servislər geri dönüş, analitik hesabat, habelə müştəriləri marketinq fəaliyyəti barədə məlumatlandırmaq üçün yaxşı əlavə alətdir. Nəticədə isə bu, impulsiv alışların və ümumilikdə satışların artmasına yol açır.

Texnologiyaların bugünkü sürətli inkişafını nəzərə aldıqda pərakəndəçiliyin bundan sonra necə seyr edəcəyini tam əminliklə təxmin etmək çətin olsa da, bir şey tamamilə aydındır: alış prosesini sürətləndirməyə can atan, müştərini addım-addım izləyən futuroloqlar hələ 20-ci əsrin sonlarında haqlı olaraq deyirdilər ki, gələcək dünya nə hökumətlərin, nə də kütləvi informasiya vasitələrinin əlində — transmilli korporasiyaların və ümumdünya qloballaşma prosesinin nəhəng pəncəsindədir!

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -