ГлавнаяТелекомСобытия3D oyun proqramlaşdırılması mövzusunda təlimlərə start verilir

3D oyun proqramlaşdırılması mövzusunda təlimlərə start verilir

«Hackathon Azerbaijan» layihəsi çərçivəsində həyata keçirilən «Game Jam» müsabiqəsinin qeydiyyat mərhələsi yekunlaşıb. Cari ilin 1-17 noyabr tarixləri arasında, gamejam.hackathon.az saytı vasitəsilə aparılan qeydiyyat zamanı müsabiqədə iştirak üçün 53 komanda müraciət edib. Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb.

Bundan əlavə, müsabiqə çərçivəsində nəzərdə tutulan təlimlər də böyük maraqla qarşılanıb. (https://www.facebook.com/HackathonAze/events/, gamejam.hackathon.az/telimciler/) Belə ki, 25 noyabrdan start götürüləcək təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunacaq. Təlimlər müsabiqənin partnyorlarından olan Qərbi Kaspi Universitetində tədris olunacaq.

Qeyd edək ki, «IDRAK» Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən «Game Jam» müsabiqəsinin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır. Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

2018-ci ilin Yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, Hackathon — hacker neologiyasıdır — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır.

Стали известны лидеры магического квадранта Gartner на рынке СУБД
Uber Volvo şirkətindən 24 min pilotsuz XC90 krossoveri sifariş edib
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!