spot_img
19 апреля, 2024
ДомойТелекомСобытия«IT Security Trends» konfrası keçirildi

«IT Security Trends» konfrası keçirildi

12 oktyabr 2017-ci ildə Bakıda «Ultra Technologies» (Azərbaycan) və «Vulkan R&D» (Rusiya) şirkətlərinin birgə təşkilatçılığı ilə «İnformasiya Texnologiyaları sahəsində Təhlükəsizlik üzrə Trendlər» mövzusunda konfrans təşkil edildi.

Konfransın məqsədi Azərbaycanın iri dövlət və özəl sektorunda fəaliyyət göstərən müəssisələrdə İT təhlükəsizlik, kiber hücumlara qarşı məqsədyönlü hazırlıqların olunması və bu cür halların baş verməməsi üçün təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir.

Konfransın açılışını Ultra Technologies şirkətinin biznes xidmətləri qrupunun rəhbər müavini Ruslan Romanenko etdi. O, «Kibertəhlükəsizlik — Bunlara biz hazırıqmı?» — mövzusu ilə təqdimat etdi. Dünyada baş verən kiberhücumların statistikaları, onlara qarşı atılan addımlar, mobil telefonlar vasitəsilə məlumatların oğurlanması, DDOS hücumlar, İT-də təhlükəsizliklə bağlı ən müasir həll vasitələri və s. barədə çıxış etdikdən sonra sözü «Axoft Azərbaycan» şirkətinin rəhbəri Oksana Stepenkoya verdi.

Oksana Stepenko Axoft şirkətinin beynəlxalq bazarında təqdim etdiyi həllərdən, IT distribusiya sahəsində fəaliyyətdən bəhs etdi.

Gedişat üzrə «Skybox Security» şirkətinin region üzrə meneceri Yuriy Çerkas Təhlüsizliyin İdarəolunması üzrə təhlükəyə qarşı həssaslıq, firewall və şəbəkə həlləri barədə kofrans iştirakçılarını məlumatlandırdı.

Daha sonra «Axoft Azərbaycan» şirkətinin İT təhlükəsizlik üzrə direktoru Aleksandr Tvaradze «intelektual təhlükəsizlik» mövzusunda çıxış etdi.

«Trend Micro» şirkətinin Rusiya, MDB üzrə region rəhbəri German Pozankov çıxışında müasir müəssisələrdə təhlükəsizlikdə növbəti nəsil barədə təqdimat etdi. Dünyada İT təhlükəsizlik üzrə lider sayıla bilən həllərin adları sadalandı.

Konfransın yekun təqdimatı informasiya təhlükəsizliyi üçün sinerji təsir mövzusunda «Vulkan R&D» şirkətindən Aleksandr Kuznetcov tərəfindən təqdim edildi.

Təşkilatçı qismində çıxış edən şirkətlərin rəsmi tərəfdaşları Trend Micro, Axoft, Skybox Security şirkətləri konfrasa dəstək verdilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -