spot_img
18 апреля, 2024
ДомойТехнологииFord real qəzaları virtual olaraq yaşamağa imkan yaradan tətbiq yaradıb

Ford real qəzaları virtual olaraq yaşamağa imkan yaradan tətbiq yaradıb

Ford Reality Check adlı bu tətbiq virtual reallıqda sürücülərə diqqətsizliyin nəticələrini göstərəcək. Bu addım sayəsində şirkət sükan arxasında smartfondan istifadə edən və diqqətsiz sürücülərin sayını azaltmağa çalışacaq. Tətbiq Google Daydream VR texnologiyası əsasında hazırlanıb. İstifadəçiyə müxtəlif messencer səsləri, zənglər və dostların söhbətləri olan mühitdə avtomobil idarə etmək təklif edilir. Yoldan diqqətin yayınması ciddi qəzalara səbəb olur.

İlkin nəticələrə görə, 90% istifadəçi qeyd edib ki, sükan arxası davranışlarını dəyişəcəklər. Ford bildirib ki, Reality Check Google Play-ə də əlavə ediləcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -