ГлавнаяТелекомСобытия“Veb layihələrin yaradılması və dizaynı” ixtisasına xüsusi ödənişsiz qəbul

“Veb layihələrin yaradılması və dizaynı” ixtisasına xüsusi ödənişsiz qəbul

Step İT

STEP IT Academy və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Veb layihələrin yaradılması və dizaynı” ixtisasına qəbul elan edir.

Bu, iki təhsil müəssisəsinin birgə fəaliyyəti çərçivəsində ilk tələbə qəbuludur. Tələbələr  ixtisaslaşdırılmış proqram üzrə buraxılışda iki diplom alır: STEP IT   Akademiyasının dünyanın 16 ölkəsində tanınan beynəlxalq diplomu və peşə təhsili haqqında dövlət nümunəli diplom.

Məzunlar təhsil müddəti 1 il olan “Veb layihələrin yaradılması və dizaynı” ixtisası üzrə pulsuz təhsil alaraq yerli və beynəlxalq əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar.

Tədris  proqramı dövlət kurrikulumun tələblərinə uyğundur və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Tərəfindən təsdiq edilmişdir.

Eksperimental proqrama qəbul olunmuş tələbələr, STEP IT Akademiyasının müəllimləri tərəfindən peşəkar təhsil alacaqlar və 9 saylı Bakı peşə liseyində ümumtəhsil proqramı keçəcəklər.

Seçimlərdə tam orta təhsilli şəxslər iştirak edə bilər. Seçimlərdə dövlət hesabına ilk peşə-ixtisas təhsili almış şəxslər iştirak edə bilməzlər.

Ərizələrin qəbulu avqustun 22-dək  “ASAN xidmət” mərkəzlərinin ödənişsiz formada aparılır.

Xiaomi cəmi 22 dollara smart-kamera təqdim edib
Bitcoin подорожал до нового рекордного значения
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!