ГлавнаяТехнологииАвтомобилиTesla Model X vs Lamborghini Aventador — dünya rekordu qeydə alınıb (video)

Tesla Model X vs Lamborghini Aventador — dünya rekordu qeydə alınıb (video)

Tesla

400 m məsafəyə yürüşdə Tesla Model X elektrik avtomobili superkar olan Lamborghini Aventador SV-ni geridə qoyaraq krossoverlər arasında dünya rekorduna imza atıb.

Yarışı DragTimes təşkil edib. Ən müasir modifikasiyası olan P100D Tesla krossoveri Lamborghini Aventador SV ilə yarışa çıxıb. Tesla Model X superkar sayılan Lamborghini-ni geridə qoyaraq planetin ən sürətli krossoveri adına layiq görülüb. Düzdür, Tesla-nın üstünlüyü cəmi 0.05 saniyə təşkil edib. Lakin, Model X elektrik avtomobili olması ilə yanaşı 2500 kq çəkiyə də malikdir. Müqayisə üçün qeyd edək ki, Lamborghini-nin çəkisi 1900 kq-dır.

Model X-in elektrik mühərrikinin ümumi gücü 580 a.g, Lamborghini Aventador SV-nin isə 750 a.g təşkil edir. Qiymət fərqi isə yüksəkdir. Tesla Model X 165.000 dollar, Lambirghini Aventador SV isə 530.000 dollara satışa çıxarılır.

Digər yarışda isə, Lamborghini Aventador Tesla-nın digər avtomobili olan Model S ilə yarışıb və 0.15 saniyəlik üstünlüklə qalib gəlib.

YouTube представил новый дизайн и логотип
App Store-da 187 min tətbiq yox olacaq
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!