ГлавнаяТехнологииСмартфоныSamsung rəsmən Galaxy Note 8-i təqdim etdi

Samsung rəsmən Galaxy Note 8-i təqdim etdi

Note 8

Bu gün Nyu-Yorkda keçirilən təqdimat mərasimində Samsung rəsmən öz yeni smartfonunu təqdim etdi — Galaxy Note 8. Smartfon Galaxy S8 / S8+ dizaynını əldə edib və demək olar ki, bütün ön paneli displey ilə örtülüb. Barmaq izi skaneri arxa paneldə, kameranın yanında quraşdırılıb. Qeyd edə ki, Galaxy Note 8-də qoşa kameradan istifadə olunub.

Note 8

Göstəricilərə gəldikdə, 6.3 düymlük Super AMOLED Quad HD+ (2960×1440) displey, kənarları yuvarlaq şüşə, Always On Display funksiyası ilk gözə çarpan xüsusiyyətlərdir. Əsas kamera iki 12 mpxl. moduldan ibarətdir, ön kamera isə 8 mpxl. təşkil edir.

Note 8

Smartfona Qualcomm Snapdragon 835 prosessoru, 6 GB RAM və 64/128/256 GB daxili yaddaş, üstəlik microSD yuva quraşdırılıb. Ya iki SIM-kart, ya da bir SIM-kart və microSD kart istifadəsi mümkündür. Batareyanın həcmi 3300 mAh-dir. IP68 standartlı su və tozdan müdafiə sistemi var. Bu müdafiə S Pen stilusu üçün də keçərlidir. Cihazın ölçüləri 162,6 x 74,8 x 8,5 mm, çəkisi isə 190 qramdır. Galaxy Note 8 Android 7.1.1 Nougat əməliyyat sistemi ilə çalışır və tezliklə Android 8 Oreo ilə təmin ediləcək.

Note 8

Smartfon satışa qara, qızılı, boz və göy rəng çeşidində sentyabr ayının oratalarında çıxarılacaq.

Samsung официально представила Galaxy Note 8
Мобильное приложение для любителей кино от азербайджанских разработчиков
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!