spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныŞəbəkədə iPhone 8-in final görüntüləri yayılıb

Şəbəkədə iPhone 8-in final görüntüləri yayılıb

Məşhur Forbes jurnalı iPhone 8-in final görüntülərini əldə edib. Nəşrin məlumatlarına əsasən, populyar smartfon üçün qab istehsalçısı olan Nodus bu görüntüləri təsdiqləyib.

Görüntülərdən məlum olub ki, smartfon 5.8 düymlük OLED-display ilə təchiz olunacaq, hansı ki, bütün ön paneli örtəcək. Kənar çərçivələr cəmi 4 mm təşkil edəcək. «Home» düyməsinin ləğvi və ön kameranın uyğun yerləşdirilməsi ilə smartfonun ön panelində üst və alt hissələrdə də çərçivələr minimaldır. Apple Lightning alt hissədə mövcud olsa da, 3.5 mm yuva bu dəfə də yoxdur. Qeyd edilir ki, smartfon L formalı batareya mövcud olacaq ki, bu da iPhone-un uzun müddət fəaliyyət göstərməsini təmin edəcək. Gəzən şaiyələrə görə yeni iPhone-un qiyməti şirkət tarixində ən baha qiymətə çatacaq və 1000-1200 dollar civarında olacaq. Modellər yubiley versiyaları olduğu üçün yalnız 128 və 256 GB-lıq olacaq.

iPhone 8-new design.jpg

iPhone-8-new design-.jpg

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -