spot_img
25 апреля, 2024
ДомойСайтыСоциальные сервисыFacebook-un 2 milyarddan çox aktiv istifadəçisi var

Facebook-un 2 milyarddan çox aktiv istifadəçisi var

Facebook sosial şəbəkəsinin aktiv istifadəçi sayı iyun ayının 27-də 2 milyard nəfərə çatıb. Beləliklə, Facebook auditoriyası indi dünyanın istənilən ölkəsinin əhalisindən böyükdür və dünya əhalisinin dörddə birini təşkil edir. Qeyd edək ki, hesablamada Facebook şəbəkəsinə və ya mesencerə yalnız son 30 gün ərzində mobil qurğu, planşet və ya kompüterdən girən istifadəçilər nəzərə alınıb. Hazırda Facebook dünyanın ən böyük sosial şəbəkəsi olaraq bütün rəqiblərini aylıq istifadəçi girişlərinə görə xeyli geridə qoyur. Misal üçün, cari ilin aprel ayında Twitter abunəçilərinin sayı cəmi 328 milyon, Çinin WeChat şəbəkəsində isə ilin ilk rüblüyündə yalnız 928 milyon aktiv hesab qeydə alınıb.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -