spot_img
26 апреля, 2024
ДомойТехнологииСмартфоныOnePlus 5 rəsmən təqdim olundu: 8 GB RAM və Snapdragon 835

OnePlus 5 rəsmən təqdim olundu: 8 GB RAM və Snapdragon 835

OnePlus şirkəti rəsmi olaraq OnePlus 5 flaqmanını təqdim edib. Dizayn baxımından yeni smarton iPhone 7 Plus-un kiçildilmiş versiyasını xatırladır. Lakin, OnePlus 5 su və tozdan müdafiə sistemi ilə təchiz olunmayıb. Cihazın ölçüləri 154,2×74,1×7,25 mm, çəkisi isə 153 qr təşkil edir.

5.5 düymlük Optic AMOLED (1920×1080) displey, Gorilla Glass 5 müdafiə şüşəsi, Snapdragon 835 prosessoru (2.45 Ghz), Adreno 540 qrafikası, 6 və ya 8 GB RAM, 64 və ya 128 GB daxili yaddaş, barmaq izi skaneri smartfonun ümumi göstəriciləridir.

OnePlus 5 qoşa kamera ilə təchiz olunub. Bir obyektiv 16 mpxl. (f/1.7), digəri isə 20 mpxl. (f/2.6). Ön kamera isə 16 mpxl. (f/2.0) təşkil edir. Smartfona 3300 mAh-lik batareya və USB Type-C port quraşdırılıb.

OnePlus 5 (6/64) versiya 479 dollar, 8/128 versiya isə 539 dollara təqdim olunur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -