ГлавнаяТехнологииСмартфоныOnePlus 5 rəsmən təqdim olundu: 8 GB RAM və Snapdragon 835

OnePlus 5 rəsmən təqdim olundu: 8 GB RAM və Snapdragon 835

OnePlus şirkəti rəsmi olaraq OnePlus 5 flaqmanını təqdim edib. Dizayn baxımından yeni smarton iPhone 7 Plus-un kiçildilmiş versiyasını xatırladır. Lakin, OnePlus 5 su və tozdan müdafiə sistemi ilə təchiz olunmayıb. Cihazın ölçüləri 154,2×74,1×7,25 mm, çəkisi isə 153 qr təşkil edir.

5.5 düymlük Optic AMOLED (1920×1080) displey, Gorilla Glass 5 müdafiə şüşəsi, Snapdragon 835 prosessoru (2.45 Ghz), Adreno 540 qrafikası, 6 və ya 8 GB RAM, 64 və ya 128 GB daxili yaddaş, barmaq izi skaneri smartfonun ümumi göstəriciləridir.

OnePlus 5 qoşa kamera ilə təchiz olunub. Bir obyektiv 16 mpxl. (f/1.7), digəri isə 20 mpxl. (f/2.6). Ön kamera isə 16 mpxl. (f/2.0) təşkil edir. Smartfona 3300 mAh-lik batareya və USB Type-C port quraşdırılıb.

OnePlus 5 (6/64) versiya 479 dollar, 8/128 versiya isə 539 dollara təqdim olunur.

Спиннер от Google
Təhlükəsiz Firefox Focus brauzeri Android üçün artıq əlçatandır
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!