ГлавнаяSoftwareМобильные приложенияBu tətbiqlər Android sistemli smartfonlarda mütləq olmalıdır

Bu tətbiqlər Android sistemli smartfonlarda mütləq olmalıdır

Android əməliyyat sistemi ilə işləyən smartfon və planşetlər üçün gündəlik istifadədə ən faydalı tətbiqləri sadalayırıq. Onlar olmadıqda, smartfonunuz natamam sayılacaq.

MX Player Pro — universal videopleyer

Smartfonların böyük, genişformatlı ekranlarla təchiz olunmasının əsas səbəbi videolara baxmaq imkanının yaradılmasıdır. İndiki smartfonlar videopleyer rejimində işləyərkən prosessor, demək olar ki, enerji sərf etmir. Dəstəklədiyi formatların sayına və çeşidinə görə isə Android hətta bəzi kompüterləri üstələyir. Onunla həm ötən əsrin «qədim» videoçarxlarını, həm də müasir 4K formatlı videolara baxmaq mümkündür.

Smartfonlarda quraşdırılmış standart videopleyerlər mükəmməl olmaqdan uzaqdır, odur ki, universal videopleyer tam yerinə düşər. Belə pleyerlərin sayı çoxdur, amma MX, sözsüz ki, ən yaxşılarından biridir. Bu pleyer istənilən video və ya audio yazısını köhnə model smartfonlarda belə enerjiyə qənaət edərək oxudur, səsin gücünü standardt pleyerlərə nisbətən ikiqat güclü edə, səsləndirmə növünün birindən digərinə keçə, ekrandakı kadrı böyüdüb kiçildə, saytlarda yerləşdirilmiş videoları uyğun pleyerlərdə aça bilir.

Yeganə «nöqsan» ondan ibarətdir ki, müasir filmlərdə tətbiq olan çoxkanallı AC3 səs formatını dəstəkləyən proqramı ayrıca yükləyib pleyerə əlavə etmək lazımdır.

MX Player pulsuz təqdim olunur, lakin burada olduqca çox reklamla üzləşəcəksiniz. Reklamsız MX Player Pro 5,35 dollara satılır.

ES File Manager — fayllarla işləmək üçün köməkçi

Android mobil əməliyyat sisteminin mükəmməllikdən uzaq olduğu vaxtlar onun rahat fayl meneceri yox idi. Faylları idarə etmək üçün əlavə tətbiq yükləmək tələb olunurdu. Lakin həmin vaxtlar artıq geridə qaldı və indi faylların adını və ya yerini dəyişmək, onları nüsxələmək üçün nəzərdə tutulmuş adi proqramlar hər smartfonda var. Amma bunların arasında keyfiyyətlisi azdır.

Android üçün ilk təqdirəlayiq fayl menecerlərdən biri ES File Manager olub. Elə indi də bu tətbiq adi istifadəçinin tələblərini üstələyən imkanlara malikdir, o cümlədən, o:

  • lokal şəbəkələrdə, məsələn, kompüterinizdə, noutbukutuzdakı ümumi qovluqda, ya da ruterə bağlı sərt diskdə, fleşkartda yerləşən faylları aça bilir;
  • axrixlərlə işləyə bilir, .zip, .rar, ya da digər arxivdən göndərilmiş foto və ya Word/Excel faylları aça bilir;
  • qurğunun yaddaşını təhlil edir. Belə ki, smartfonda boş yer qalmayıbsa, ES File Manager-də «analiz» düyməsini basaraq yaddaşın nə qədərini fotoların, müsiqinin, tətbiqlərin, oyunların və sənəd fayllarının tutduğunu həcminə görə böyükdən kiçiyə doğru sıralanmış şəkildə görmək və lazımsız faylları eyni menyudan çıxmadan silmək olar;
  • ES File Manager hər iki smartfonda qurulubsa, Wi-Fi sürəti ilə birindən digərinə fayl ötürə

Əsas funksionallı ES File Manager pulsuz, reklamsız ES File Manager Pro isə 2,99 dollara təqdim olunur.

WPS Office — Word, Excel və digər ofis proqramları

Smartfon dövrünün başlanğıcında Microsoft Office standartlı fayllar (Word, Excel, PowerPoint və s.) ekzotik sayılırdı. Bugün isə belə fayl və təqdimatları smartfonda açıb redaktə etmək adi bir hal olub. Lakin elektron poçt ilə sizə Adobe PDF faylları gəldikdə onları yalnız xüsusi tətbiq vasitəsilə aça biləcəksiniz. Odur ki, smartfonun yaddaşından bir neçə meqabayt sərf edib ofis sənədləri üçün tam uyğun proqram dəsti əldə etmək məntiqli həlldir.

Bunların arasında WPS Office ən mükəmməli deyil, lakin, o, pulsuz təqdim olunur və imkanlarına görə rəsmi Microsoft Office tətbiqlərindən geridə qalmır.

Hava və xəbər vidcetləri

Smartfonlarda standardt fayl menecerlər qədər hava və son xəbərlər proqramları da nəzərdə tutulub, lakin bunların keyfiyyəti bir çox hallarda qənaətbəxş olmur. Məhz bu səbəbdən sizə başqa tərtibatçıların təqdim etdiyi məlumatlandırma tətbiqlərini tövsiyə edirik. Ən az diqqət çəkən, eyni zamanda ən funksional hava və xəbər tətbiqlərini Yandex təqdim edir. İş masasında hava proqnozu və xəbər başlıqlarını görməyə öyrəndikdən sonra bunlardan həzz alacaqsınız. Vidcetinizi müəyyən şəkildə tənzimləyərək yalnız sizə maraqlı olan mövzulardakı, məsələn, avtomobil bazarı, ya da elektronika ilə bağlı xəbərləri alacaqsınız.

Shazam: hansı mahnı çalır?

Hər gün musiqi dinləyirsiniz. Radio dalğalarında səsləndirilən yeni musiqi parçalarından bəzilərini çox bəyənirsiniz. Amma bundan sonra beyninizi məşğul edən suallar yaranır: mahnının adı nədir? Kim ifa edir? Əlinizdəki smartfonla bu problem asan şəkildə aradan qaldırılır. Shazam tətbiqi musiqi parçasını bir neçə saniyə dinlədikdən sonra mahnının və ifaçının adını verir.

Əlbəttə ki, Shazam ilk belə tətbiqlərdən biri olsa da, yeganə deyil. Bənzər proqramı Sony təqdim edir, hətta Google belə mahnıları tanımaq bacarığına yiyələnməyə başlayıb. Lakin Shazam ən geniş məlumat bazasına malik olduğuna görə smartfon vasitəsilə mahnını tanımaqda ən etibarlı üslub olaraq qalır.

Valyuta konverteri ilə hər vaxt agah olun

Əlbəttə, hamımız çətin günlərin keçmişdə qaldığına, manatın dollara qarşı sərt hərəkətlərinin olmayacağına inanmaq istəyirik, amma milli valyutanın vəziyyətindən vaxtında xəbərdar olmaq və şok xəbəri hamıdan sonra almamaq pis olmaz. Üstəlik, məzənnələri göstərən və müxtəlif ölkələrin valyutalarını bir-birinə qarşı hesablayan belə bir alətin smartfonunuzda olması səyahətdə lazım olar.

Valyutaların konvertasiyasını bacaran saysız-hesabsız tətbiq var. Bunlardan biri də öz sadəliyi ilə seçilən Easy Currency Converter-dir. Bu tətbiqdə sizə lazım olan əsas valyutaları seçərək məzənnənin dinamikasını qrafik üslubda izləmək olar. Eyni xüsusiyyətlərə yerli Valyuta (InvestAZ) və Manat Converter tətbiqləri də malikdir.

WhatsApp, Telegram, Viber, Skype və başqaları

Smartfona yeni sahib olanların nəzərinə: bu qurğuların adi telefonlardan fərqi ondan ibarətdir ki, onlar daimi rabitəni sadəcə telefon şəbəkəsində deyil, eləcə də internetdə nəzərdə tutur. Android sistemli yeni smartfonlar tamamilə pulsuz olaraq böyük həcmli məlumatları, video materialları bölüşmək, xarici ölkələrə video zənglər etmək imkanı yaradır. Bunun üçün bütün mesencerləri yükləməyə ehtiyac yoxdur. Sadəcə sizə lazım olanları yükləyin, yetər.

Mobil kinoteatr

Əlbəttə, mobil tariflərdə tətbiq olunan məhdud trafik həcmilə o qədər də sərbəst olmaq mümkün deyil, amma aldığınız internet paketi ən azından bir neçə əyləncə üçün kifayət edəcək. Amma evdəki və ya işdəki Wi-Fi qoşulması sizə onlayn məzmun baxımından həqiqətən geniş imkan yaradır. Smartfona onlayn kinoteatr tətbiqini yükləyin, bədii filmləri, musiqi kliplərini izləyin. Belə tətbiqlər arasında ivi.ru və Megogo ən populyar olaraq qalır. Pulsuz təqdim olunan tətbiqlərdən isə VideoMix, HD VideoBox və LazyIPTV-ni qeyd etmək olar. Tammetrajlı bədii filmləri smartfonda izləmək fikrində olmasanız da, Androidi ən azından YouTube və Coub kimi servislərlə tamamlamaq sizə zaman-zaman əyləncəli dəqiqələr yaşadacaq.

Kompüterə yaxınlaşmadan musiqi yükləyin

İnternet cəmiyyətinin hələ də pulsuz musiqi bölüşdüyü kiçik adalardan biri çoxdan bəri fəaliyyət göstərən Zaycev.net. saytıdır. Buradakı musiqi treklərinin bəziləri keyfiyyət baxımından qənaətbəxş, çeşid isə o qədər geniş olmasa da, buradan maneəsiz, ödənişsiz musiqi treklərini endirə bilərsiniz. Bu, sizə bəs etmirsə və siz uzunmüddətli şərtlərlə çox sayda keyfiyyətli musiqi parçaları əldə etmək istəyirsinizsə, Google Play Musiqi və ya Yandex Musiqi abunəçisi olun. Google iki aylıq pulsuz sınaq müddəti təmin edir, Yandex isə kompüter istifadəçiləri üçün pulsuzdur, odur ki, topladığınız kolleksiyanız batmayacaq.

Хороший звук - как хорошее красное вино
Состоялась презентация проекта «Молодежь читает»
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!