ГлавнаяТехнологииСмартфоныApple təqdim edir: Android-dən iPhone-a keçməyin 10 səbəbi

Apple təqdim edir: Android-dən iPhone-a keçməyin 10 səbəbi

Apple şirkəti tərtib etdiyi yeni veb saytda Android istifadəçilərini iPhone modellərinə keçmələrini tövsiyyə edir. Bunun üçün müxtəlif lozunqlardan istifadə olunur. Şirkətin əsas lozunqu: «Həyat iPhone-la daha asandır».

www.apple.com/switch/ veb səhifəsində Android istifadəçilərini inandırmaq üçün 10 səbəb qeyd olunub.

1. iPhone-a keçid asandırmı?

Bəli. Bunun üçün Play Market-dən sadəcə Move to iOS tətbiqini yükləməniz kifayətdir və sizin bütün məlumatlar rahatlıqla iPhone-a köçürüləcək.

2. Həqiqətən də kamera bu qədər yaxşıdır?

Dünyada şəkillərin əksəriyyəti məhz iPhone ilə çəkilir. Apple avadanlıq və softu özü istehsal etdiyi üçün kameranın keyfiyyəti seçilir.

3. Niyə iPhone sürətlidir?

iPhone öz prosessoru olan Apple ilə çalışdığı üçün sistem bütövlüyü mövcuddur və nəticədə cihazda donma halları minimuma enir və smartfon sürətli çalışır.

4. iPhone-u istifadə etmək asandırmı?

iOS əməliyyat sistemi asan başa düşülən və sadə bir sistemdir. Bir svaypla Apple Pay vasitəsilə alış-veriş edə bilərsiz, istənilən tətbiqi işə sala bilərsiz və s.

5. iPhone şəxsi məlumatları necə qoruyur?

Apple bütün istifadəçi məlumatlarını şifrələyir, hətta xəritədə getdiyiniz yerləri belə.

6. Mesajlar tətbiqi niyə bu qədər gözəldi?

Bu tətbiq vasitəsilə siz ismarıc göndərməklə yanaşı taksi sifarişi, restoranda masa rezervi və s. edə bilərsiz.

7. Real insandan kömək əldə etmək olarmı?

Yerinizdən asılı olmayaraq siz Apple mütəxəssislərinin dəstəyini ala bilərsiz.

8. Birbaşa Apple mağazasında iPhone-a keçid mümkündü?

Əlbəttə. Apple mütəxəssisləri sizə istinilən cihazdan iPhone-a keçiddə köməkb edə bilərlər.

9. Ətraf mühit?

Apple ətraf mühiti hər zaman düşünür. Apple servisləri bərpa olunan enerji mənbələri ilə çalışır.

10. iPhone-u bəyənəcəksiz?

iPhone ən yüksək istifadəçi məmnuluğu dərəcəsinə sahibdir — 97%.

Essential Home — новый конкурент Amazon Echo и Google Home
Samsung выпустит «белую книгу»
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!