ГлавнаяТелекомСобытияNETTY 2017 İnternet mükafatının «İlin IT-hadisəsi» nominasiyasının birinci iştirakçıları

NETTY 2017 İnternet mükafatının «İlin IT-hadisəsi» nominasiyasının birinci iştirakçıları

Ənənəvi olaraq, NETTY 2017-in Milli internet mükafatında «İlin IT-hadisəsi» nominasiyasında iştirak edəcək layihələrlə oxucuları tanış etməyə başlayırıq. Xatırladaq ki, 2009-cu ildən başlayaraq, bu mükafat yüksək texnologiyaların Azərbaycan bazarının əsas nailiyyətlərini qeyd edir və NETTY mükafatı çərçivəsində təqdim edilir. Son illər bu nominasiyada iştirak edən iddiaçılar Infocity jurnalı ilə birgə müəyyən edilir.

Azexport.az şirkəti: Azərbaycan mənşəli mallarının xarici və daxili bazarlarda satışı üçün layihə platformasının reallaşdırılması

Layihə, Azərbaycan şirkətlərinə öz məhsullarını, həm Azərbaycan daxilində, həm xaricdə satmaq imkanı yaradır. Portalın yeniliyi ondan ibarətdir ki, portalın başqa tanınmış beynəlxalq portallarla (portalda təqdim edilmiş mallar) inteqrasiyasının hesabına daha geniş auditoriyaya ani giriş imkanı istifadəçiyə verilir. Portala həmçinin elektron ticarətin sərbəst aparılması üçün bütün lazımi vasitələr inteqrasiya edilmişdir. Bundan başqa, portal Azərbaycan şirkətləri üçün rahat B2B informasiya bazasıdır.

Microsoft Azerbaijan şirkəti: Azərbaycan üzrə Microsoft korporasiyasının milli planı

Azərbaycan üzrə Microsoft-un milli planı, «Azərbaycan 2020: gələcəyə baxış» Konsepsiyasına uyğun olaraq hazırlanmış, Bakutel 2016 sərgisində təqdim edilmişdir. Microsoft-un Milli planının əsas komponentləri ölkədə innovasiya sektorunun inkişafını, müəssisələrinın iqtisadi effektivliyinin artımı və təhsil sisteminin transformasiyasını özündə ehtiva edir.

IBM şirkəti: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji əməkdaşlıq haqqında memorandumun imzalanması

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və IBM şirkətinin arasında strateji əməkdaşlıq haqqında memorandum, IBM-in qlobal innovasiyalarının istifadəsini nəzərdə tutur. Rəqəmli innovasiyalara və transformasiyalara investisiya, neft çıxartma sahəsində Watson süni intellekt əsasında əməkdaşlıq, yüksək ixtisaslı işçi heyət üçün yeni iş yerlərinin açılması, elmi araşdırmaların aparılması, Bakı Ali Neft Məktəbində tədris və praktik proqramların təşkili.

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Huawei şirkəti: Bakının bir sıra ictimai yerlərində pulsuz Wi-Fi xidməti

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 2017-ci ilin mart ayında Bakının bir sıra ictimai yerlərdə pulsuz Wi-Fi xidmətini təqdim etdi. Dənizkənarı Milli Parkının və Dövlət Bayrağı Meydanın ərazisində operator tərəfindən 122simsiz Wi-Fi giriş nöqtəsi qurulmuşdur. Və bu eyni zamanda, təxminən 8000 istifadəçiyə xidmət göstərməyə imkan verir. Huawei şirkəti bu ərazilərdə telekommunikasiya avadanlığının təchizatçı kimi çıxış edir. Yaxın vaxtlarda ictimai Wi-Fi şəbəkəsinin Heydər Əliyev Mərkəzinin və «Ağ şəhər»in ərazisində genişlənilməsi planlaşdırılır.

“Azerpoct” MMC: Yeni vətəndaşlara xidmət mərkəzi «Şəbəkə»

Azərbaycanın poçt rabitəsinin operatoru “Azerpoct” MMC Bakıda, Mərkəzi poçt şöbəsinin binasında «Bir pəncərə» prinsipi əsasında işləyən «Şəbəkə» adlı yeni vətəndaşlara xidmət mərkəzini açdı. Vətəndaşlar poçt və maliyyə əməliyyatlarına bağlı məsələlər üzrə, o cümlədən stasionar telefoniyaya qoşulması ilə, telefon nömrəsinin yenidən rəsmiləşdirilməsi ilə, aviabiletlərin alınması ilə və başqa xidmətlərlə bağlı mərkəzə müraciət edə bilərlər. MMC Bakıda beş «Şəbəkə» tipli mərkəzinin istismara verilməsi planlaşdırır.

AzInTelecom MMC: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Regional Data və Beynəlxalq Kommutasiya Mərkəzinin istismara verilməsi

Müasir dünya standartlarına cavab verən yeni Data-mərkəz TIER III-in beynəlxalq sertifikatına layiq görülmüşdür. Qorunan obyekt statusuna malik olan Data-mərkəz dövlət və regional səviyyəsində kompleks IT-xidmətləri, ən yeni texniki göstəricilərə malik olan baza əsasında müştərilərə individual həllər təklif edir. Məlumat mərkəzinin çoxsaylı üstünlüklərinə aiddir: fasiləsiz iş rejimində informasiyanın təhlükəsizliyinə nəzarətinin tam təminatı, şirkətlərin konkret tələblərinə cavab verən və zəruri olduqda infrastrukturun, həmçinin optimallaşdırılmış şəbəkələrin əldə olunmasında imkan verən ayrılmış virtual serverlərin yaradılması. Data mərkəz, həmçinin beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı buludlu IT- həlləri və başqa xidmətləri təklif edir. Yeni Data mərkəz bizim respublikamızda informasiya-kommunikasiya texnologiyalar sahəsinin inkişafını sürətləndirəcək, həmçinin qlobal informasiya məkanına ölkənin informasiya sistemlərinin inteqrasiyasını, innovasiyalar üçün şərait yaradacaq, o cümlədən dövlət və özəl sektorlarda zəmanəmizin ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının tətbiqinə təkan verəcək.

STEP IT Academy Azerbaijan: Bakıda Kompüter Akademiyasının açılışı

STEP IT Academy – bu, kompüter təhsilində ixtisaslaşan beynəlxalq təhsil müəssisəsidir, onun filialı Bakıda keçən il fəaliyyətə başlamışdır. Fəaliyyətinin bir neçə ayı ərzində Akademiya 650-dən artıq tələbəyə peşəkar kompüter təhsilini verir. Akademiya, ölkənin IT-infrastrukturunda əsl rəqabət və canlanma yaratdı, və Akademiya tərəfindən keçirilən Beynəlxalq «Qızıl Bayt” çempionatın regional mərhələsində qələbə qazanmış Akademiyanın şagirdləri, daha sonda 2017-ci ilin aprelində Kiyevdə keçirilmiş final tədbirdə mükafat yerləri tutdular.

Eurodesign şirkəti: IV-ü İslam Həmrəyliyi Oyunlarının IT-infrastrukturunun yaradılması üzrə layihə

Azərbaycanda 2017-ci ilin mayın 12-dən mayın 22-dək keçiriləcək, IV-ü İslam Həmrəyliyi Oyunları çərçivəsində, Eurodesign şirkəti yarışların ən yüksək səviyyədə keçirilməsinin təmin edilməsi üçün effektiv, etibarlı və təhlükəsiz rəqəmsal mühitini yaratmağı bacardı. Baku 2015 Birinci Avropa oyunlarının IT-infrastrukturunun yaradılması üzrə layihənin reallaşdırmasında böyük təcrübəni əldə etmiş Eurodesign şirkəti idman meydançalarını və call-mərkəzlərini təhlükəsizliyin son standartlarına əsasən qorunan simsiz şəbəkə ilə təchiz etdi, həmçinin daxili istifadə üçün 20-dən çox mobil proqram yaratdı. Bundan başqa, IV-ü İslam Həmrəyliyi Oyunlarının rəsmi saytını yaratdı.

NETTY 2017-də iştirak etmək üçün ərizələrin qəbulu davam edir. Nominasiyada yalnız o layihələr və proqramlar iştirak edə bilər ki, onların reallaşdırılması 2016-cı ilin əvvəlindən 2017-ci ilin may ayınadək başlanmış və ya başa çatmışdır. Ərizələr layihə və ya proqramlarının həm sifarişçiləri, həm də icraçıları tərəfindən (qarşılıqlı razılaşma əsasında yalnız bir şəxs adından) verilə bilər. NETTY 2017 keçirilməsi çərçivəsində «İlin IT-hadisəsi» mükafatının nominantları haqqında bütün informasiya www.infocity.az, www.netty.az və www.itaward.az saytlarında, həmçinin nominantların şort-listinin elan edilənədək və NETTY 2017-in final mərasiminin keçirilməsinə qədər sosial şəbəkələrdə daim dərc ediləcək. Biz hamını dəvət edirik, kimin layihələri müsabiqə tələblərinə uyğundur, kim hesab edir ki, əhəmiyyətli layihənin reallaşdırmasında iştirak edib və bu haqda bildirməyə hazırdırsa, magazine@infocity.az və ya info@netty.az elektron ünvanlarına öz proqramları haqqında daha ətraflı məlumatı göndərə bilər və ya mükafatın saytında müvafiq formanı doldura bilər. Təqdim edilən informasiyanın ümumi həcmi standart şriftlə doldurulmuş bir informasiya səhifəsini keçməməlidir. Xatırladırıq ki, ərizələrin qəbulu 30 apreldə başa çatır.

Все три новых Google Pixel оснастят чипом Snapdragon 835
YI Halo — камера виртуальной реальности для Google Jump
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!