spot_img
24 апреля, 2024
ДомойТелекомСобытияBakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək

Bakıda “Açıq İnnovasiyalar üzrə Startap Turu” keçiriləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Rusiya Federasiyasının “Skolkovo” Fondunun təşkilatçılığı ilə Bakıda 17-18 aprel 2017-ci il tarixində “Open Innovations Startup Tour” (Açıq İnnovasiyalar üzrə Startap Turu) çərçivəsində ilk dəfə tədbir keçiriləcək.

Bu tur artıq 4 ildir keçirilir, Rusiya eləcə də, MDB məkanında texnoloji mədəniyyətin populyarlaşdırılması və perspektivli layihələrin müəyyənləşdirilməsi üzrə irimiqyaslı tədbir hesab edilir. Tədbirdə Rusiyadan “Skolkovo” texnoparkının nümayəndələri, startaplar, biznes qurumlarının təmsilçiləri iştirak edəcək. Startap tur çərçivəsində qlobal tendensiyalar və beynəlxalq təcrübələr haqqında maarifləndirmə sessiyaları, sahibkarların şəxsi və peşəkar keyfiyyətlərinin inkişafı üçün treninqlər və yerli startaplar üçün müsabiqə keçiriləcəkdir.

Tədbirdə iştirak üçün aprelin 10-dək https://startup-tour.ru/register/ru ünvanında qeydiyyatdan keçilməlidir. Müsabiqədə iştirak etmək istəyən startapçılar https://startup-tour.ru/ru/page/competition ünvanında qeydiyyatdan keçərək “Mən müsabiqədə iştirak etmək istəyirəm” seçimini edib, ərizə formasını dolduraraq şəxsi kabinet bölməsində layihə təqdimatlarını yükləməlidirlər.
Müsabiqədə 1-ci yeri tutan qalib mükafatla yanaşı “Skolkovo” Texnoparkında təşkil olunacaq texnoloji sahibkarlar üçün “Startup Village” startap-konfransında iştirak hüququ əldə edəcək, 2 və 3-cü yerləri tutan qaliblər isə digər mükafatlara layiq görüləcəklər.
Qeydiyyat üçün son gün – 10 aprel 2017-ci ildir. Tədbir roud-şou formatında Bakı Biznes Mərkəzində (Neftçilər prospekti, 44) keçiriləcəkdir.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -