spot_img
24 апреля, 2024
ДомойТехнологииПланшетыSuperscreen ilə eyni zamanda planşet və smartfondan istifadəyə ehtiyac qalmayacaq

Superscreen ilə eyni zamanda planşet və smartfondan istifadəyə ehtiyac qalmayacaq

Transcendent Designs şirkəti maraqlı bir layihənin gerçəkləşməsi üçün Kickstarter-də maliyyə vəsaitinin toplanmasına start verib. Layihənin məqsədi Superscreen adlı cihazın istehsal olunmasıdır. Belə ki, cihaz zahirən planşeti xatırlatsa da, əslində smartfonun «güzgüsüdür». Superscreen tətbiqini smartfonunuza yükləyərək iki cihaz arasında əlaqə qurub böyük ekranda işləriniz görə bilərsiz. Bütün əməliyyatları smartfonununz yerinə yetirəcək, Superscreen isə sadəcə onları böyük ekranda əks etdirəcək.

Superscreen cihazının ölçüsü 10.1 düym (2560 x 1600) təşkil edir. Daxilində 4 nüvəli prosessor və 4 GB RAM quraşdırılıb. Batareyanın həcmi isə 6000 mAh təşkil edir. Hələlik cihazı 99 dollara sifariş etmək mümkündür, lakin, Kickstarter-də bütün vəsit toplandıqdan sonra və kraudfandinq kampaniyası bitdikdən sonra qiymət 299 dollara qalxacaq. Superscreen bu ilin Dekabr ayında satışa çıxarılacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -