spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияNETTY InfoCity jurnalı ilə birgə «İlin İT-hadisəsi», «İlin İT-şirkəti» və «İlin IT-direktoru»...

NETTY InfoCity jurnalı ilə birgə «İlin İT-hadisəsi», «İlin İT-şirkəti» və «İlin IT-direktoru» nominasiyaları üzrə ərizələrin qəbuluna başlayır

2009-cu ildən başlayaraq bu mükafat yüksək texnologiyaların Azərbaycan bazarının əsas nailiyyətlərini qeyd edir və NETTY mükafatı çərçivəsində təqdim edirilir. İnformasiya texnologiyalarının milli seqmentinin inkişafına töhfə verən layihələr və həllər mükafata namizədlər ola bilər. Yalnız 2016-cı ilin əvvəlindən və 2017-ci ilin may ayınadək həyata keçirilməsi başlanan və ya başa çatan layihə və həllər müsabiqədə iştirak edə bilərlər. Ərizələri həm layihələrin sifarişçiləri tərəfindən, həm də onların icraçıları tərəfindən, onların qarşılıqlı razılaşması ilə və yalnız bir tərəf ilə təqdim oluna bilər.

«İlin İT-hadisəsi» nominasiyası üzrə namizədlərin ərizələrinin təhlili nəticəsində həmçinin «İlin İT-şirkəti» nominasiyası üzrə nominantlar və qalib müəyyən ediləcək.

2017-ci ildə NETTY çərçivəsində ilk dəfə «İlin İT-direktoru» (CTO or CIO of the Year), nominasiyası keçiriləcək.  Onun köməyi ilə çalışdığı müəssisələrinin fəaliyyət sahəsindən və istiqamətindən asılı olmayaraq Azərbaycanın ən yaxşı IT-departament rəhbərləri müəyyən ediləcək. IT-departamentin rəhbəri kimi, müəssisənizin qarşısında duran maraqlı məsələnin tərəfinizdən həyata keçirilməsi nominasiyada qəlib olmaq üçün imkan verəcək. İnformasiya texnologiyalarının uğurlu tətbiqinin təcrübəniz barədə danışın, bilik və təcrübənizi cəmiyyətə faydalı edin və «İlin IT-direktoru» nominasiyasında NETTY mükafatında namizəd olun.

Müsabiqənin tələblərinə uyğun olan bütün layihələri dəvət edirik. Saytda müvafiq formaları doldurun: «İlin İT-hadisəsi» və «İlin İT-şirkəti» və «İlin IT-direktoru» formasını və ya işləriniz barədə daha ətraflı məlumatı [email protected][email protected] ünvalnlarına göndərə bilərsiniz.

Nominasiyalarda iştirak üzrə ərizələrin qəbulu 15 may 2017-ci il tarixədək davam edəcək. NETTY2017 keçirilməsi çərçivəsində «İlin İT-hadisəsi» nominasiyalar üzrə və mükafatın nominantları barədə məlumat www.infocity.az, www.netty.az  və  www.itaward.az saytlarında və sosial şəbəkələrdə yerləşdiriləcək (nominantların şort-listini və NETTY2016-nın final mərasiminin keçirilməsinə qədər).  Seçim mərhələsini keçən layihələr, səsvermə üçün NETTY Akademiyasına http://netty.az/az/academy.  təqdim olunacaq. Səsvermə nəticəsində İT-akademiklərin ən çox səs toplayan layihələr və həllər müəyyən olunur. Akademiyanın səsverməsi nəticəsində ən yaxşı hesab olunan layihələr və həllər «İlin İT-hadisəsi» fəxri nominasiyasının laureatları kimi elan olunurlar.  Onların adları müsabiqənin final mərasimində elan edilir.

«İlin İT-hadisəsi» və «İlin İT-şirkəti» forması:

  • A.A:
  • Şirkət:
  • Vəzifə:
  • Əlaqə e-poçtu:
  • Əlaqə telefonu:
  • Layihənin adı:
  • Layihənin təsviri:

«İlin IT-direktoru» forması

  • A.A:
  • Sahə:
  • Şirkət:
  • Vəzifə:
  • Barənizdə ətraflı məlumat:
  • Əlaqə e-poçtu:
  • Əlaqə telefonu:
  • Təşkilatın qarşısında olan məsələnin təsviri:
  • Məsələ həllinin təsviri:
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -