ГлавнаяТелекомСтатьиMilyarderlərin böyük kosmos yarışı

Milyarderlərin böyük kosmos yarışı

İlon Mask, Ceff Bezos və digər varlı təşəbbüskarlar özəl kosmik səyahətlərin sərhədlərini genişləndirməkdə yarışırlar.

Bəşəriyyət əbədi olaraq Yer kürrəsində qalmayacaq, əvvəlcə işıq və məkan arayaraq ürkək addımlarla atmosferin xaricinə çıxacaq, sonra isə Günəş ətrafındakı bütün fəzanı fəth edəcək. K Tsiolkovski

Özəl şirkətlər niyə kosmik layihələrə yönəlir?

NASA-nın büdcəsi ixtisara uğradıqdan sonra yaranan boşluğu doldurmaq tələb olunurdu. Belə ki, 1966-cı ildən bəri Kosmik Agentliyin həm büdcəsi (4,4%-dən 0,5%-dək azalıb), həm də ambisiyaları azalıb. Belə vəziyyət bir neçə varlı təşəbbüskarı səhnəyə çıxaraq kosmosun fəthi ilə məşğul olan özəl şirkətlərə, ciddi elmi tədqiqatlara, eləcə də kosmik turizm sahəsinə və digər kommersiya yönümlü layihələrə yüz milyonlarla dollar yatırmağa təşviq etdi.

Bu şirkətlərə bir tərəfdən Amazon-un təsisçisi Ceff Bezos, digər tərəfdən isə Tesla-nın başçısı İlon Mask rəhbərlik edir. Bu iki şəxs arasındakı kəskin rəqabət soyuq müharibə dövründə ABŞ ilə SSRİ arasındakı rəqabəti xatırladır. Bezos özünün «kosmosda yaşayan və orada işləyən milyonlarla insan» xülyasını gerçəkləşdirmək üçün Blue Origin şirkətini təsis edib və indi ümid edir ki, kosmosa ilk turistləri ən gec 2018-ci ildə göndərə biləcək.

İlon Maskın startapı, SpaceX

İlon Maskın SpaceX adlı startapı süni peykləri orbitaya yerləşdirmək, habelə NASA yüklərini Beynəlxalq Kosmik Stansiyasına (BKS) çatdırmaq üçün 15 mərtəbəli bina boyda nəhəng Falcon 9 daşıyıcı raketlərindən istifadə edir. Amma İlon Marsı da gözünə kəsdirib. O, qırmızı planetdə eksperimentlər aparmaq, eləcə də insanların bura 2025-ci ilə planlaşdırdığı gəlişi üçün bünövrə yaratmaq məqsədilə pilotsuz kapsulanı yaxın iki il ərzində Marsa göndərmək niyyətindədir. Maskın dediyinə görə, «söhbət Marsa bir neçə nəfərin göndərilməsindən yox, planetlərarası səviyyəsində bir şəhərin salınmasından gedir».

İndiyədək hansı nailiyyətlər əldə edilib?

Hər iki şirkətin həm uğurları, həm uğursuzluqları var. Bezos da, Mask da, hələ 2015-ci ildə kosmosa NASA-nın edə bilmədiyi şeyi — çoxistifadəlik avtomatik idarəetmə sistemli daşıyıcı raket göndərərək adlarını kosmosun fəthi tarixinə yazdıra biliblər. Əslində bu, oyunun qaydalarını kökündən dəyişdirdi.

Bugünədək daşıyıcı raketlər əsas gəmidən ayrılaraq okeana düşürdü, beləliklə təkrar istifadə oluna bilmirdi. Raketin yararlı halda geri qaytarılıb təkrar istifadə olunması haradasa 90 milyon dollar həcmində vəsaitin qənaət edilməsi deməkdir. Şübhəsiz, bu, xərcləri ciddi şəkildə azalmasına gətirib çıxardır. Lakin Maskın şirkəti bu məsələdə bir neçə dəfə uğursuzluğa düçar oldu.

Nə baş verdi?

2016-cı ilin sentyabrın 1-də Falcon 9 Kanaveral burnundakı start meydançasında mühərriki işə salma testi aparılarkən gözlənilmədən partladı. İlon Maskın sözlərinə görə, «Falcon raket yanacağı doldurarkən itirdik. Problem birinci pillənin oksigen balonu qismində qeydə alınıb». Xəsarət alan olmasa da, inkişaf etməkdə olan ölkələrdə internet xidmətləri göstərmək üçün Facebookun hazırladığı 200 milyonluq Amos-6 peyki məhv oldu.

Bu, Maskın ilk kosmik qəzası deyildi. 2015-ci ilin iyun ayında SpaceX raketi start aldıqdan sonra, 2016-cı ilin yanvarında isə Sakit Okeandakı üzən bazaya təkrar eniş edərkən daha bir raket aşaraq partlamışdı. Bu qəzaları Corc Vaşinqton universitetinin kosmos siyasəti üzrə eksperti Con Loqsdon (John Logsdon) belə şərh edib: «Şübhəsiz, bu, onların biznesinə ziyan vurub, lakin biz də vaxtilə Apollon ilə bağlı problemlərə baxmayaraq Aya eniş cəhdlərimizə ara vermirdik».

Kosmosda başqa kim rəqabət aparır?

Daha bir «kosmo-biznesmen» — Microsoft həmtəsisçisi, kosmos həvəskarı Pol Allen Vulcan Aerospace şirkətinə başçılıq edir və qanaddan qanada 117 metr ölçülü, tarixin ən böyük təyyarəsi olan The Stratolaunch layihəsini maliyyələşdirir. Təyyarənin peyk və kosmik aparatlar üçün hava start meydançası kimi istifadə edilməsi nəzərdə tutulur.

Kosmik turizminin banilərindən, britaniyalı maqnat Riçard Brenson «dünyada ilk kommersiya yönümlü kosmo-reyslər» həyata keçirməyə hazırlaşan Virgin Galactic şirkətini maliyyələşdirir. Brenson ilk 8 yerli SpaceShipTwo astroplan layihəsini həyata keçirməyə başlayanda gələcək reyslərdə yer tutmaq istəyən 700-ə yaxın müştəri əvvəlcədən 250 000 dollar ödədi. Lakin 2014-cü ildə aparılan test vaxtı baş verən qəzada yeganə gəmi məhv oldu, pilot isə həlak oldu. Bundan böyük sarsıntı keçirən Brenson bütün əməliyyatları dayandırmalı oldu. Bu yaxınlarda o, yenidən məsələyə qayıdaraq hazırda Unity adlı yeni kosmik gəmisini dəqiq və hərtərəfli sınaqlardan keçirir.

Kosmosa səyahətlət insanlar üçün təhlükəsizdirmi?

Bunu heç kim dəqiq bilmir. Bunun üstündə kəskin debatlar gedir və həmin kəskinlik özünü əsasən kosmik uçuşların sərt nizamlanmasında əks etdirir. Respublikaçıların çoxluqda olduğu ABŞ Konqresində yeni industriyaya inkişaf dövrü üçün güzəştlər təqdim olundu. Belə ki, Konqres 2015-ci ildə kosmik fəza haqqında qanun qəbul etdi. Həmin qanun Federal Aviasiya qurumunun özəl kosmik şirkətləri üzərindəki səlahiyyətlərinə 2024-cü ilədək məhdudiyyətlər qoydu.

«Hamı bu naməlum məkanı araşdırmaq istəyir və tam olaraq anlamadığınız bir şeyi tənzimləmək olduqca çətin məsələdir», — deyə, Kosmik Qanunvericilik və Həllər mərkəzinin (Space Law & Policy Solutions) əməkdaşı Mikael Listner qeyd edir. Skeptiklər belə yanaşmanı ağılsız və məsuliyyətsiz hesab edirlər. «Ciddi insan tələfatı ilə nəticələnən qəzalar qaçınılmaz baş verəcək, — Texas Ştatından konqressmen Eddi Bernis Conson belə deyir, — onda Amerika ictimaiyyəti baş verənlərə diqqət yetirəcək və sual verəcək: bəs biz bütün bu vaxt hara baxırdıq?».

Kosmik yarışda kim qabaqdadır?

Keçmiş NASA astronavtı Ceffri Hoffman deyir ki, Mask «özəl raket layihəsində olduqca irəliləyib». SpaceX raketləri mütamadi orbitaya çatır. Mask indi Marsa kapsula çatdırmaq üçün nəzərdə tutulan və hazırda ən ağır kosmik raket olan Falcon Heavy üzərində işləyir.

Amma Bezos da ondan geridə qalmır. 2016-cı ilin iyun ayında Bezosun Sietldə yerləşən Blue Origin şirkəti çoxistifadəlik raket istehsalında sıçrayış yaratdı. Floridada belə raket istehsal edən yeni fabrika işə salındı. Maskdan fərqli olaraq Bezos Marsa sadəcə insanları deyil, eləcə də ağır sənayeni daşımaq fikrinə düşüb. Onun məqsədi Dünyanı çirklənmə və qlobal istiləşmə təhlükəsindən qurtarmaqdır. Nəticədə, Bezosun fikrincə, «Yer kürrəsi zonalara bölünəcək və burada yalnız yüngül sənaye qalacaq».

Marsın məskunlaşdırılması ilə bağlı konkret vaxt, vəzifə və məqsədlər haqqında Bezos hər hansı rəsmi açıqlama verməyib. Lakin ötən il sentyabrın 12-də Blue Origin şirkəti özünün yeni çoxistifadəlik pilotlu raketini təqdim etdi. New Glenn adlı bu raket BKS-na yük və ekipaj daşımaqda, orbital və planetlərarası uçuşlarda Falcon raketləri ilə rəqabət aparacaq.

Olduqca şəxsi rəqabət

XXI əsrin trendində Mask ilə Bezos arasındakı rəqabət Twitter-dəki qarşılıqlı atışmalara da səbəb olur. Belə ki, Bezos New Shepard-ı kosmosa göndərib sağ-salamat Yerə qaytardıqdan sonra o, sosial şəbəkədə lovğalanaraq bunları yazdı: «Ən nadir heyvan istifadə olunmuş raketdir». Mask buna dərhal cavab verdi: «ən nadir deyil» və bununla da SpaceX raketinin artıq bir neçə qısa sınaq uçuşlarından sonra salamat endirildiyinə işarə etdi.

Bir qədər sonra, Mask öz raketini müvəffəqiyyətlə yerə qaytardıqdan sonra Bezos bu münasibətlə ona hər kəsin gözü önündə müəmmalı «Kluba xoş gəldin!» tviti atdı. Əsəbiləşən Mask dərhal xatırlatdı ki, Bezosun New Shepard raketindən fərqli olaraq onun Falcon 9-u orbita xaricinə uçmaq üçün kifayət qədər güclüdür. Hamının gözü önündə maqnatlar bir-birinə atmacalar göndərmək yerinə mədəni şəkildə təbrik göndərsəydilər, yəqin ki, daha xoş olar. SpaceX-in son sınağından sonra Bezos Twitter-də «Təsirli start oldu!» yazdəqdan sonra Mask belə bir sadə və xoş mesaja eyni ilə cavab verdi: «Çox sağol, Ceff».

Eye – чехол для iPhone со встроенным Android-смартфоном
Учёные заставят компьютеры работать в 100 тыс. раз быстрее
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!