ГлавнаяТелекомСобытия«Microsoft» Bakıda «Gələcəyin səhiyyə müəssisəsi» seminarı təşkil edəcək

«Microsoft» Bakıda «Gələcəyin səhiyyə müəssisəsi» seminarı təşkil edəcək

Martın 14-də «Microsoft Azerbaijan» şirkətinin təşkilatçılığı və Azərbaycan Səhiyyə Nazriliyinin dəstəyi ilə Bakıda «Gələcəyin səhiyyə müəssisəsi» adlı seminar keçiriləcək. Seminar «Microsoft» şirkətinin «Milli İnkişaf Planının» tərkib hissəsidir və səhiyyə sahəsində aparıcı texnologiya və inovasiyaları nümayış etdirmək məqsədilə təşkil olunur və səhiyyə müəssisələrin rəhbər vəzifəli şəxsləri üçün nəzərdə tutulub. Tədbir çərçivəsində Milli Məclis, Səhiyyə Nazirliyi və «Microsoft Azerbaijan» şirkətinin rəsmiləri çıxış edəcək, həmçinin «Microsoft» korporasiyasının səhiyyə həlləri üzrə direktoru Lorenzo Penqo «Gələcəyin səhiyyə müəssisəsi» mövzusunda təqdimatını nümayiş etdirəcək.

Bundan başqa, seminar zamanı «TeleSəhiyyə», «Xəstəxana İnformasiya Sistemi — eResept», «Kağızsız səhiyyə — rəqəmsal görüntüləmə», «Səhiyyədə təhlil həlləri» mövzuları üzrə təqdimatlar keçiriləcək və panel müzakirələri təşkil olunacaq.

Tədbir 14 mart 2017-ci il tarixində saat 9:00-da «Boulevard Baku» hotelinin «Tağıyev» zalında keçiriləcək. Seminarda iştirak etmək istəyənlər (+994 12) 4373800 (daxili 101) telefon nömrəsinə zəng edib və ya azms@microsoft.com ünvanına e-mail yazaraq qeydiyyatdan keçə bilərlər.

Назначен новый генеральный директор Microsoft в регионе СНГ
NVIDIA представила платформу Jetson TX2 для дронов и роботов
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!